Bayden Zelenski ilə görüşəcək
Tarix: 12-06-2024 08:40 | Bölmə: Siyasət
Bayden Zelenski ilə görüşəcək

İtaliyada keçiriləcək “G7” sammiti çərçivəsində ABŞ lideri Co Bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək.

Reyting.az
xəbər verir ki, bu barədə “AFP” agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Co Baydenin yaxın gələcəkdə ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşəcəyini bildirib.

Ağ ev rəsmisinin sözlərinə görə, prezidentlər ikitərəfli görüşdən sonra birgə mətbuat konfransında çıxış edəcəklər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər