Partiya sədri: "Yenidən namizəd olacam"
Tarix: 13-06-2024 11:37 | Bölmə: Siyasət
Partiya sədri: "Yenidən namizəd olacam"

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı nəzərdə tutulan parlament seçkilərində yenidən namizədliyini irəli sürəcək.

Reyting.az
xəbər verir ki, bu barədə Qaynarinfo-ya sədrin özü məlumat verib.

O, namizədliyini hazırda deputat olduğu dairədən irəli sürəcvəyini bildirib: "Hələ ki, müzakirələr gedir. Güman edirəm ki, yenə həmin dairədən namizədliyimi irəli sürəcəyəm".

Fəzail Ağamalı partiya üzvlərinin də seçkidə iştirakının vacibliyini vurğulayıb: "Namizədlərimiz müəyyənləşib. Dairələrin əksəriyyətindən namizədlərimiz olacaq".

Qeyd edək ki, Fəzail Ağamalı 1995-ci ildən deputatdır. O, 1995-ci ildə 39 saylı Sumqayıt ikinci, 2000-ci ildə 30 saylı Yevlax, 2005, 2010, 2015 və2020-ci il seçkilərində isə 60 saylı Salyan-Neftçala seçki dairəsindən mandat qazanıb.




Bölməyə aid digər xəbərlər