Kamran Əliyev: “Separatçıların cinayət işi yaxın vaxtlarda məhkəməyə göndəriləcək”
Tarix: 24-06-2024 13:18 | Bölmə: Siyasət
Kamran Əliyev: “Separatçıların cinayət işi yaxın vaxtlarda məhkəməyə göndəriləcək”

Azərbaycanın Qarabağ bölgəsi və digər suveren əraziləri Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun separatçı rəhbərləri barəsində olan cinayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək.

Reyting.az
-ın məlumatına görə, bunu baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, artıq 15 nəfərlə bağlı istintaq hərəkətləri başa çatıb:

"Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olurlar. Tanışolma mərhələsi başa çatandan sonra, ittiham aktı məhkəməyə göndəriləcək".(Report)




Bölməyə aid digər xəbərlər