MSK sədri: "Seçkiləri müşahidə etmək istəyənlərə rədd cavabı verilməyib"
Tarix: 10-07-2024 11:26 | Bölmə: Siyasət
MSK sədri: "Seçkiləri müşahidə etmək istəyənlərə rədd cavabı verilməyib"

Azərbaycanda seçkiləri müşahidə etmək istəyənlərə rədd cavabı verilməyib.

Reyting.az
xəbər verir ki, bunu iyulun 10-da Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə çıxış edən MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, seçkilərdə müşahidəçi qismində iştirak etmək istəyən hər kəs dairə seçki komissiyasına və MSK-ya müraciət edə bilər:

"Seçkilərdə aşkarlığın təmin edilməsini isə media qurumları həyata keçirir. Azərbaycan dünyada yeganə ölkədir ki, media orqanları seçkiləri müşahidə etmək, prosesi işıqlandırmaq üçün heç bir qurumdan icazə almırlar. Onların press-vəsiqəsini göstərməyi kifayətdir"(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}