Ərdoğan Baydenlə razılaşıb, Şoltsla anlaşmaq üzrədir
Tarix: 12-07-2024 09:06 | Bölmə: Siyasət
Ərdoğan Baydenlə razılaşıb, Şoltsla anlaşmaq üzrədir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinin Vaşinqtonda keçirilən toplantısında mühüm açıqlamalar verib.

Reyting.az
-ın xəbərinə görə, Rəcəb Tayyib Ərdoğan deyib ki, ABŞ-dan “F-16” təyyarələri alacaqlarına Co Bayden vəd verib, Almaniya kansleri Olaf Şoltsun isə Türkiyəyə “Eurofighter” qırıcılarının verilməsinə dair müsbət rəyi var.

ABŞ-dan 23 milyard dollarlıq “F-16” döyüş təyyarəsi almaq üçün Baydenlə müzakirə apardığını qeyd edən Ərdoğan bildirib ki, dünən ABŞ lideri ilə görüşüb və qarşı tərəf “F-16” ilə problemi həll edəcəyini söyləyib. 3-4 həftə ərzində “F-16”-larla bağlı məsələ çözüləcək.

Almaniyadan “Eurofighter Typhoon” döyüş təyyarəsi alınmasına da toxunan Ərdoğanın sözlərinə görə, O. Şoltsun “Eurofighter” ilə bağlı məsələyə münasibəti mənfi deyil.

Ərdoğan əlavə edib ki, müdafiə nazirləri arasında da müsbət görüş olub. Alman və İngiltərə ilə bağlı da müsbət irəliləyişlər var.

ELÇİN




Bölməyə aid digər xəbərlər