MSK yekun protokollarının hazırlanması qaydasını təsdiqləyib
Tarix: 15-07-2024 16:17 | Bölmə: Siyasət
MSK yekun protokollarının hazırlanması qaydasını təsdiqləyib

Milli Məclisə növbədənkənar seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması qaydası təsdiqlənib.

Reyting.az
xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə edilib.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, yekun protokollar Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən olunmuş nümunələrin forma və mətninə, habelə mövcud seçki qurumlarının sayına uyğun olaraq, bir-bir ardıcıl nömrələnməklə və seriyaları göstərilməklə, 3 nüsxədən ibarət olmaqla hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buklet formasında, habelə hər bir seçki komissiyası üçün 30 ədəd nömrələnməmiş və karbonlaşdırılmamış kağızdan Milli Məclis Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlanmalıdır.




Bölməyə aid digər xəbərlər