İcra başçısı: "Hansı məmur gedib özbaşına deputat olur?"
Tarix: 16-07-2024 11:56 | Bölmə: Siyasət
İcra başçısı: "Hansı məmur gedib özbaşına deputat olur?"

Ağstafa rayonunun icra başçısı Seymur Orucovun parlament seçkilərində iştirak etmək istədiyi, lakin yuxarı dairələrin onu bu niyyətindən çəkindirməsi haqda xəbər yayılıb.

Reyting.az
xəbər verir ki, Demokrat.az-a açıqlamasında Seymur Orucov bu xəbəri boş və əsassız sayıb: “O xəbəri kimsə özündən çıxardıb bəlkə gündəm yaratmaq istəyir, bilmirəm. Belə görünür ki, mənim şəxsi nüfuzuma xələl gətirmək üçün atılan böhtandır. Mən Cənab Prezident İlham Əliyevin sərəncamı ilə təyin olunmuşam. İcra başçısı gedib özbaşına deputat olur? Bunlar hamısı absurd və yalan xəbərlərdir. Bu xəbəri yayanlar şər-böhtan atan adamlardır. Hamısı qəti yalandır”.




Bölməyə aid digər xəbərlər