Nazirlər "3+3" formatı çərçivəsində görüşəcək
Tarix: 19-07-2024 13:38 | Bölmə: Siyasət
Nazirlər "3+3" formatı çərçivəsində görüşəcək

Yaxın vaxtlarda Türkiyədə "3+3" formatı çərçivəsində xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Reyting.az
xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfiri Mehdi Sobhani SNN agentliyinə bildirib.

O, Ermənistanın Sünik bölgəsinin təhlükəsizliyinin Tehran üçün vacib olduğunu da qeyd edib.

"Bu, İran və Ermənistan arasında təhlükəsizlik və ticarətdə mühüm rol oynayan strateji bölgədir. İranın Qafanda Baş Konsulluğunun olması sərhəd əlaqəsini yaxşılaşdırıb", - o deyib.(APA)




Bölməyə aid digər xəbərlər