00:07 / 10-01-2025
Sosialist Əməyi Qəhrəmanı vəfat edib
23:17 / 09-01-2025
Yanğınlar Los-Ancelesə 50 milyard dollar zərər vurub
23:05 / 09-01-2025
İran ordusu 1000 ədəd müasir PUA alıb
22:57 / 09-01-2025
Böyük Britaniyada bəzi şəhərlərə uçuşlar dayanıb - Havaya görə
22:53 / 09-01-2025
Ermənistanda aclıq başlaya bilər
22:27 / 09-01-2025
Trendyol 1-ci Liqası oyunlarının hakimləri açıqlanıb
21:33 / 09-01-2025
Salome Zurabişviliyə Kissincer təqaüdü verilib
21:14 / 09-01-2025
17 yaşlı şəxsin meyiti tapılıb
20:56 / 09-01-2025
İlon Mask Rusiya və Çin liderləri ilə gizli görüşüb
20:37 / 09-01-2025
Almaniya ehtiyatlarından vaz keçir
20:31 / 09-01-2025
Tramp İranı dalana sıxır - Tehran Rusiya və Çinə ümid edir
20:03 / 09-01-2025
Baş nazir Ukraynanı sərt tədbirlərlə hədələyir
19:36 / 09-01-2025
Rusiya ən ciddi ekoloji təhlükə ilə üzləşib
19:29 / 09-01-2025
Xəzər rayonunda narkopriton aşkar edilib - Foto
19:15 / 09-01-2025
Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub
18:03 / 09-01-2025
Departament müdiri AHİK sədrinin müşaviri təyin olunub
17:50 / 09-01-2025
Əməliyyat zamanı doğum gününü qeyd edən həkim hospitaldan uzaqlaşdırılıb
17:45 / 09-01-2025
Şamaxıda silahlı insident: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir..."
17:18 / 09-01-2025
Ramşteyndə Kiyevə 2027-ci ilədək dəstək planları təsdiqlənib
17:02 / 09-01-2025
XİN sözçüsü: "Ermənistan sülhdə maraqlıdırsa..."
16:56 / 09-01-2025
İranda onlarla ərəb şair və incəsənət xadimi həbs olunub
16:44 / 09-01-2025
Bakının məşhur bazarı köçürülür
16:40 / 09-01-2025
Elçin Səmədli Avropa çempionatının matçına təyinat alıb
16:13 / 09-01-2025
İlham Əliyev İrakli Kobaxidzeyə başsağlığı verib
15:56 / 09-01-2025
Qubadlıda yük avtomobili aşıb, sürücü xəsarət alıb
15:43 / 09-01-2025
İlyas İsmayılov reanimasiyaya yerləşdirilib
14:55 / 09-01-2025
Vəkil məhkəmə zalında həbs edilib
14:49 / 09-01-2025
İctimai fəal Rail Abbasov 6 il 6 ay azadlıqdan məhrum edilib
14:43 / 09-01-2025
Həqiqi hərbi xidmətdən tərxislə bağlı yeni mexanizm hazırlanır
14:26 / 09-01-2025
BMT Azərbaycan Prezidentinin müraciətini rəsmi sənəd kimi yayıb
10:49 / 08-01-2025
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
17:23 / 05-01-2025
Buzlaqların altında yadplanetlilərin stansiyası tapılıb - Foto
15:36 / 06-01-2025
Laçındakı mövqelərimiz yenidən atəşə tutulub
21:52 / 05-01-2025
Polşa XİN başçısı Ceyhun Bayramova zəng edib
00:02 / 06-01-2025
Bu şəxslər təltif olunub - Siyahı
18:43 / 05-01-2025
Bakıda bir qrup idmançı saxlanılıb - Yenilənib
10:05 / 06-01-2025
“Qızıl Qlobus” mükafatı: qaliblər seçilib
13:25 / 06-01-2025
Məşhur teleaparıcı özünü dilə-dişə salıb
18:47 / 05-01-2025
Bakıdan Varşavaya uçan təyyarədə texniki nasazlıq yaranıb
11:22 / 06-01-2025
"Zirə" klubu Abbas İbrahimlə vidalaşıb
13:06 / 05-01-2025
Sabah Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq
09:53 / 05-01-2025
Ermənistan Baş Qərargah rəisinin keçmiş birinci müavini həbs edilib
Erməni faşizminin antibəşəri mahiyyəti: II Qarabağ müharibəsi konteksində
Tarix: 21-07-2024 10:42 | Bölmə: Siyasət
Beynəlxalq hüququn norma və prinsiplərinə görə, münaqişə vəziyyətində olan və müharibə aparan hər bir dövlət müharibə qanunlarına hörmətlə yanaşmalıdır. Tarixi keçmişə nəzər yetirdikdə belə, müxtəlif dövrlərdə baş verən müharibələrdə beynəlxalq hüquq normaları və prinsiplərinə əməl edilib, həmin zamanlarda ədalətlilik və insanı keyfiyyətlərə söykənən yazılmamış ənənəvi müharibə qanunlarına riayət olunub. Qədim tarixə malik olan Azərbaycan dövlətləri də müharibələr zamanı bu dəyərlərə riayət edərək, insani prinsipləri qoruyub. Qədim tarixə, siyasi-hüquqi, mədəni və mənəvi dəyərlər sisteminə malik olan Azərbaycan dövlətləri müntəzəm olaraq bu beynəlxalq hüquqi dəyərlərə və humanitar prinsiplərə əməl edib.
Müharibə tariximizin bütün mərhələlərinə nəzər yetirdikdə görürük ki, dövlətlərimizin apardığı hərbi qarşıdurmalar müharibə qanunlarına, ədalət prinsiplərinə əsaslanıb, mövcud dövrün hərb qanunlarına ciddi əməl edilib.
Tarixi qaynaqlarda, mənbələrdə orta əsrlər dövründə Azərbaycan hökmdarlarının müharibə zamanı ələ keçirilmiş bölgələrin əhalisi ilə mülayim və adil davranışlarına dair çoxsaylı məlumatlar var. Bu məlumatlardan bəlli olur ki, hərbi əsirlərlə şəriət qanunlarına uyğun olaraq adil davranılıb, hətta onların öz vətənlərinə dönmələri üçün maddi imkanlar da yaradılıb.
Azərbaycan Ordusu II Qarabağ savaşı – Vətən müharibəsi dövründə də erməni işğalçılarına qarşı hərbi əməliyyatlar zamanı ədalətlilik prinsipinə, hərb tariximizin humanitar ənənələrinə əməl edilib. İşğalçı qüvvələrə qarşı həyata keçirilən döyüşlərdə, şanlı ordumuz, ədalətlilik prinsipinə söykənən mənəvi-əxlaqi dəyərlərə uyğun olaraq müharibə qanunlarına riayət edib, beynəlxalq humanitar hüququn bütün prinsiplərinə hörmətlə yanaşıb.
Təəssüflər olsun ki, uzun illər boyu, Azərbaycanın Qarabağ bölgəsini və digər ərazilərini işğal etmiş ermənilərdən hərbi əməliyyatlar dövründə bu mənəvi-insani dəyərləri görmək mümkün olmayıb. I Qarabağ savaşında torpaqlarımızın işğalı zamanı azərbaycanlılara qarşı Xocalı, Bağanis Ayrım, Ağdaban, Qaradağlı soyqırımlarında öz qeyri-insani əməllərini və vəhşiliklərini nümayiş etdirən ermənilər, bütün müharibə qanunlarını pozaraq, beynəlxalq hüququn prinsiplərini tapdalayaraq, Azərbaycanın yaşayış məntəqələrini dağıdıcı silahlarla atəşə tutub, mülki əhalinin ölümünə, sağlamlıqlarının itirilməsinə və əmlakına ciddi ziyan vurub.
II Qarabağ müharibəsində də hərbi əməliyyatlar zamanı erməni faşistləri beynəlxalq hüquq normalarını pozaraq Azərbaycan mülki əhalisini və yaşayış məntəqələrini ağır silahlardan atəşə tutublar. Bunun nəticəsində Azərbaycanın yüzlərlə mülki əhalisi qətlə yetirilərək şəhid olub. Döyüş bölgələrindən kənarda yerləşən dinc əhalinin yaşadığı Bərdə, Gəncə, Tərtər, Mingəçevir şəhərlərində çoxsaylı insan ölümünə səbəb olan ağır ağır artilleriya silahlarından istifadə erməni vəhşiliyinin təzahürüdür.
XX əsrin əvvəllərində erməni terrorçu təşkilatlar tərəfindən Azərbaycanın tarixi torpaqlarında yaradılan erməni dövləti II Qarabağ savaşında da öz terrorçu mahiyyətini göstərib. Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, "Ermənistan öz terrorçu mahiyyəti ilə Cənubi Qafqazda potensial təhlükə mənbəyidir". Prezidentin qətiyyətlə söylədiyi bu fikirlər, erməni dövlətinin və erməniçiliyin istər ideoloji-mənəvi, istərsə də hərbi-siyasi təhsisatlarının terrorçu mahiyyətini bir daha üzə çıxarmaqdadır.
Azərbaycan hərb tarixinin humanitar aspektlərinə umumi baxış: Beynəlxalq humanitar hüquq normalarının əsasında, min illər boyu mövcud olan və ənənəvi humanitar dəyərləri özündə ehtiva edən maddi-hüquqi və mənəvi dəyərlər dayanır. Tarixi qaynaqlarda verilən məlumatlara əsaslanaraq deyə bilərik ki, Azərbaycan dövlətlərinin apardığı müharibələr zamanı mövcud olan “millətlərin və xalqların” yazılmamış müharibə qanunları qorunub və bu qaydalara ciddi əməl edilib. Hətta müharibə dövründə diplomatik missiyanı həyata keçirən elçi-səfirlərin canları və əmlakları qorunub, onların diplomatik fəaliyyətlərini həyata keçirməsi üçün real imkanlar yaradılıb.
Azərbaycan Səfəvilər dövrü tarixçisi, İsgəndər bəy Münşi Türkman özünün “Tarixi aləm arayi Abbası” (“Dünyanı bəzəyən Abbasın tarixi”) əsərində yazırdı:
“Ağıllı adamlara məlumdur ki, aləm sultanları və dünya padşahları arasında elçilər barədə belə bir qanun vardır: elçilərin istər dostluq, birlik, istərsə də düşmənçilik və ixtilaf vaxtlarında göndərilmələrindən asılı olmayaraq incidilmələri və zərər görmələri Allah tərəfindən bəyənilməyən, əhali tərəfindən yol verilməyən hadisədir. Elçilərin canlarına və mallarına Allah və insanlar tərəfindən pislənilən və məzəmmət olunan yolverilməz hərəkətlər heç vəch ilə elçilərə qarşı yönəlməməlidir, çünki elçilər onları göndərən şəxslərin buyruq adamlarıdır, elçilərin vəziyyətləri elçilik xidmətlərini yerinə yetirmək, məktub və xəbər çatdırmaqdır... Bir çox hallarda müharibə edən dövlətlər bu qaydaları pozmuş, elçilərin canına qəsd etmiş, malını və əmlaklarını ələ keçirmişdir. Əgər belə işlər səltənət başçıları tərəfindən həyata keçirilirsə, elə hal olduqca kəmfürsətlik və alçaq xislətə dəlalət edir, yox əgər hakim və naiblər tərəfindən özbaşına əncam tapırsa, padşahların iqtidarsızlığını, ölkə adamlarının özbaşınalığını, dövlətin zəifliyini göstərir... Gözəl xasiyyəti bütün aləm tərəfindən bəyənilən, ölçülüb-biçilən davranışı böyük qanun və cahan sultanları üçün nümunə olan Ali Həzrət (Şah Abbas) bu naqis hərəkətlərin əksinə hərəkət edir, daim elçilərə ehtiramla yanaşır, Rum və Hind padşahından gələn mötəbər elçiləri öz darüssəltənəsində (paytaxtında) izzət və ehtiramla saxlayaraq, onları nəvazişləndirərək ehtiramla yola salır”.
Tarixi mənbələrdə mövcud olan bu çoxsaylı məlumatlardan aydın olur ki, uzunmüddətli müharibələr dövrü olan orta əsrlərdə Azərbaycanda mövcud olan siyasi hakimiyyətlərin müvafiq strukturlarında mənəvi və hüquqi dəyərlərə əsaslanan ədalətlilik prinsipinə uyğun olan diplomatik protokol qaydaları mövcud olub, istər müharibə, istərsə də dinc dövrdə bu qaydalara yüksək səviyyədə əməl edilib.
Məlumdur ki, orta əsrlər dövrü Azərbaycan dövlətlərində hərb sənəti daha da inkişaf edərək, sistemli şəkildə dövlətin ən vacib strukturlarından birinə çevrilib. Bu sistemdə Azərbaycan xalqının min illər boyu mövcud olan ənənəvi hərbi döyüş sənəti öz özəlliyini qoruyub saxlayıb, hətta döyüş zamanı özünəməxsus cəngavərlik, ədalətlilik prinsipləri qabarıq şəkildə özünü biruzə verib, müharibə zamanı düşməni riyakar, qeyri-etik üsullarla deyil, üzbəüz şəkildə döyüşərək məğlub etmək taktikasına üstünlük verilib.
İsgəndər bəy Münşinin məlumatına görə, Azərbaycan hökmdarı Şah İsmayıl Səfəvi Çaldıran döyüşündən bir gün öncə keçirilmiş müşavirədə Məhəmməd xan Ustaclunun Osmanlılar yolda olarkən, hələ meydana yerləşməzdən öncə onlara hücum etmək təklifini qəbul etməyib. Müəlif bu haqda yazır:
“Qarşı tərəfdən (Səfəvilər nəzərdə tutulur – M.A.) Xanməhəmməd döyüş günü topxananın möhkəmləndirilməyini məsləhət görməyib deyirdi: "Onlarla gərək köç vaxtı cəngə başlanılsın". Durmuş xan isə qürurlanıb bu sözü qəbul etmirdi. Həzrət Süleyman şanlı xaqan (Şah İsmayıl Səfəvi – M.A.) belə buyurdu: "Mən karvanbasan quldur (hərami) deyiləm. İlahi nə buyursa, qoy o da olsun". Göründüyü kimi, Səfəvi hökmdarı Çaldıran savaşında üzbəüz, açıq döyüşə üstünlük verib.
“Tarix-i aləmara-yi Şah İsmayıl” əsərində qeyd olunur ki, Şah İsmayıl müharibədə şərəf və mərdliyi ən mühüm prinsiplər hesab edirdi. 1513-cü ildə Şah İsmayıl Ceyhun çayı kənarında özbəklərin və qazaxların çoxsaylı ordusu ilə üzləşərkən qızılbaş əmirlərindən biri salın ipini kəsmək və gəmiləri sahilə çıxarmaqla çayın o biri sahilində yerləşmiş rəqib qoşunun qızılbaşların mövqe tutduqları digər sahilə keçməsini əngəlləməyi təklif etsə də, İsmayıl bunu özünə ar bilib, bədnamlıq əlaməti sayıb və rəqibinin sərbəst şəkildə çayı keçib döyüşə başlaması üçün şərait yaradıb, hətta çaydakı bütün gəmiləri onlara göndərib, asanlıqla suyu keçmələrini təmin edib.
Tarixi qaynaqlarda Azərbaycan hökmdarlarının müharibə zamanı hərbi əsirlərlə mülayim və adil davranması haqqında da çoxsaylı məlumatlar yer almaqdadır.
Şah İsmayıl hərbi əməliyyatlar aparılan ərazilərdə müqavimət göstərməyən dinc əhalinin zərər çəkməsinə razı deyildi. O, Təbəs vilayətinə yürüş edərkən qızılbaşlar tərəfindən əsir alınmış dinc sakinlərin dərhal azad olunmasını əmr etmişdi.
Azərbaycan Səfəvi hökmdarı Şah İsmayıl heç vaxt məğlub etdiyi qoşunun arxasınca gedib onları təqib etməz və onların salamatlıqla qaçıb qurtulmalarına imkan yaradardı . “Aman vermək imandandır”,- deyən Şah İsmayıl təslim olanları bağışlayır, hətta onları öz mülazimləri cərgəsinə qəbul edərdi.
Tarixçi Bicənin “Cahangüşa-yi xaqan” əsərində qeyd olunur ki, 1511-ci ildə Misir Məmlükləri ilə Səfəvilər arasında baş verən hərbi qarşıdurma zamanı məmlüklər
məğlub edilib, çoxsaylı əsir alınıb. Əsirlərin çoxu Səfəvilərin tərəfinə keçib, Misirə qayıtmaq istəyən məmlük əsirləri isə şəxsən Şah İsmayıl Səfəvinin əmri ilə sərbəst buraxılıb və onlara ənamlar verilərək, öz ölkələrinə yola salınıbr. Bu hadisə haqqında “Tarix-i aləmara-yi Şah İsmayıl” əsərində yazılır:
“Qansu Qurinin (Məmlük sultanı – M,A.) həbəş qulamları korpusunun hər biri “bədheybət divə bənzəyən”, “dağ kimi atlara süvar olmuş” 300 nəfər xüsusi hazırlıqlı döyüşçüsü Sədan Həbəşinin komandanlığı ilə sərhədi pozub, kəşfiyyat aparmaq və Səfəvi qoşunlarının döyüş qabiliyyətini yoxlamaq məqsədi ilə Diyarbəkr bəylərbəyiliyinin ərazisinə daxil olmuş, lakin həmin çəmənliklərdə ov etməklə məşğul olan Dəli Duraq ləqəbli qızılbaş sərkərdəsi Murad bəy Ustaclunun 100 (Bicənə görə, 70) nəfərlik dəstəsi tərəfindən darmadağın edilmişdilər. Döyüşün əvvəlində Dəli Duraq şəxsən Sədanı öldürmüş, həbəşlərdən 180 nəfər qətlə yetirilmiş, 20 nəfəri əsir düşmüş, qalanları qaçıb, öz ölkələrinə getmişdirlər. Əsirlərin çoxu Səfəvilərin tərəfinə keçmiş, Misirə geri qayıtmaq istəyən üç həbəş isə şəxsən Şah İsmayılın əmri ilə sərbəst buraxılmış və onlara ənamlar verərək, öz ölkələrinə yola salmışdılar”.
Qaynaqlar əsasında Azərbaycanın müharibə tarixinə müraciət etdikdə olduqca ədalətli, mənəvi və çoxəsirlik dövlətçilik ənənələrinin ifadə olunduğu bir mənzərə ilə qarşılaşırıq. Bu mənzərəyə baxdıqda, Azərbaycan dövlətlərinin hərbi sisteminin mükəmməlliyinin, müharibə dövründə adil hərbi qaydaların, mənəvi-insani prinsiplərin hakim olduğu humanitar dəyərlərin bir daha şahidi oluruq.
Qədim dövlətçilik ənənələrinə malik olan, varislik əsasında bir-birini əvəz edən Azərbaycan dövlətçiliyi, XX əsrin əvvəllərində öz sələflərinin davamı olaraq milli dövlətə çevrilmiş və müsəlman dünyasında ilk milli dövlətçilik nümunəsi göstərmişdir. XX əsrin sonlarında Sovet işğalından xilas olan və yenidən öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özündən əvvəlki sələflərinin bütün siyasi-hüquqi və mənəvi dəyərlərini əxz edərək öz inkişafını davam etdirib.
1.1. İkinci Qarabağ müharibəsi və erməni faşizminin antibəşəri mahiyyəti
Tarixlər boyu Azərbaycan dövlətləri öz dövlətçilik ənənələrinə dayanaraq, ədalətlilik meyarlarını nəzərə almaqla müharibələr dövründə düşmənin hərbi birliklərinə sarsıdıcı zərbələr vursalar da, mülki əhalinin və onların əmlakının toxunulmazlığını təmin edib, ələ keçirdikləri ərazilərdə düşmənlərin mənəvi, dini dəyərlərinə hörmətlə yanaşıblar. Həmçinin ələ keçirilən hərbi əsirlərin canları amanda olub və onlar öldürülməyiblər.
II Qarabağ savaşında erməni işğalçıları və onların havadarları tərəfindən zəbt edilmiş Azərbaycan torpaqlarında şanlı ordumuzun apardığı hərbi əməliyyatlar, ədalətlilik prinsipi, beynəlxalq hüquq normaları və humanitar qanunlara söykənərək, həmçinin xalqımızın mənəvi-insani dəyərlərinə uyğun olaraq həyata keçirilib. “İşğalçı düşmən əsgərinə amansızlıq, düşmənin mülki əhalisinə rəhm etmək” prinsipinə uyğun olaraq həyata keçirilən döyüşlərdə, şanlı ordumuz müharibə qanunlarına riayət edib və beynəlxalq hüququn bütün prinsiplərinə hörmətlə yanaşıb.
Azərbaycandan fərqli olaraq, II Qarabağ savaşında erməni işğalçıları müharibə qanunlarını və humanitar dəyərləri pozaraq öz ənənvi vəhşi davranışlarını nümayiş etdiriblər. Hələ 1991-1993-cü illərdə torpaqlarımızın bir qisminin işğalı zamanı azərbaycanlılara qarşı Xocalı, Bağanis Ayrım, Ağdaban, Qaradağlı, Malıbəyli soyqırımlarında öz qeyri-insani əməllərini və vəhşiliklərini nümayiş etdirən ermənilər, ümumbəşəri dəyərləri tapdalayaraq azərbaycanlı əhaliyə qarşı vəhşiliklər törətmiş, çoxsaylı mülki əhalinin ölümünə, sağlamlıqlarının itirilməsinə və əmlakına ciddi ziyan vurublar.
1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. Fevral ayının 12-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu. Fevralın 13-dən 17-dək Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücum zamanı 118 nəfər (uşaq, qadın, qoca) əsir götürüldü, 33 nəfər ermənilər tərəfindən güllələndi, eyni zamanda, öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək basdırdılar. Əsir götürülənlərdən 68 nəfəri amansızlıqla öldürüldü, 50 nəfəri isə böyük çətinliklə əsirlikdən azad edildi. Azad olunanların 18 nəfəri aldıqları sağalmaz yaralardan sonra vəfat ediblər. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin zorla çıxarılması, ac-susuz saxlanılması, işgəncə verilərək öldürülməsi insanlığa qarşı törədilmiş ən ağır cinayət hadisəsi idi. Qaradağlı kəndində 2 ailənin hər birindən 4 nəfər öldürülüb, 42 ailə öz başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb. Ümumilikdə, əhalisi ermənilər tərəfindən əsl soyqırımına məruz qalmış bu kənddə 91 nəfər, yəni kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Onların arasında başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər şəklə salınanlar çoxluq təşkil edirdi. Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 1275 insan əsir götürülüb.
1994-cü ilin mayın 8-də Bişkək şəhərində imzalanmış atəşkəs haqqdında protokola baxmayaraq erməni işğalçıları 2020-ci ilin sentyabr ayına qədər dəfələrlə Ermənistan ərazisindən və işğal olunmuş Qarabağ ərazilərindən Azərbaycanın hərbi obyektlərinə, kommunikasiya xətlərinə, beynəlxalq əhəmiyyətli enerji-nəqliyyat dəhlizinə və mülki obyektlərə, dinc yaşayış məntəqələrinə davamlı şəkildə hücumlar edib, müxtəlif terrorizm əməlləri həyata keçirib, dəfələrlə təxribatlara əl atıblar. Bunun nəticəsində atəşkəs dövründə yüzlərlə dinc sakin həlak olub, mülki obyektlərə külli miqdarda ziyan dəyib.
2020-ci ilin sentyabr ayının 27-də erməni hərbi birləşmələri yenidən atəşkəs rejimini pozaraq hərbi təxribatlara əl atdılar. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanat yaydı. Həmin gün Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başladı və respublika ərazisində hərbi vəziyyət elan olundu.
44 günlük Vətən müharibəsi çərçivəsində Azərbaycan dövləti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini (822, 853, 874, 884) və BMT-nin sülhməramlı missiyasının sülhə məcburetmə prinsipini əsas götürərək beynəlxalq humanitar qaydalar çərçivəsində erməni işğalçılarına qarşı zəfər yürüşü həyata keçirildi. Lakin Azərbaycan Ordusunun qarşısında aciz qalan və çoxsaylı itkilər verən erməni işğalçı ordusu öz ənənəvi və qeyri-insani taktikalarından istifadə edərək Azərbaycan mülki əhalisini və yaşayış məntəqələrini atəşə tutmaqla qisas almağa çalışdı.
Tarixlər boyu Azərbaycanın dövlətçilik sistemi qarşısında olduqca cılız görünən, öz saxta tarixləri ilə görüntü yaratmağa çalışan mövcud erməni dövləti, siyasi və hüquqi təsisatlarımız, ümumbəşəri və tolerant prinsiplərə əsaslanan milli-mənəvi dəyərlərimiz qarşısında acizlik və gücsüzlük nümayiş etdirib.
Kilsə zirzəmilərində mənfur ideoloji təməllər əsasında yaradılan, “Daşnaksütun”, “Qnçaq” və ASALA kimi hərbi-siyasi və terrorçu təşkilatların hərbi-siyasi dəstəyi ilə qurulan mövcud erməni dövləti, Azərbaycan dövlətçilik sistemi qarşısında olduqca aciz və zəif görünməkdədir.
Mifoloji hökmdar Tiqranla başlayan və onunla da sona çatan, saxta kitablar əsasında yaradılan erməni tarixi və erməni dövlətçiliyi ən yaxşı halda tarix kitablarında öz mövcudluğunu qorumaqdadır. Saxtalaşdırılmış tarixi qaynaqlara söykənən erməni dövlətinin epizodik siyasi tarixi mövcud olsa da, lakin bu dövlətin hüquqi, sosial-iqtisadi, mənəvi, hərbi təsisatlarının mövcudluğunu görmək mümkün deyildir.
Qeyd olunduğu kimi, XX əsrin əvvəllərində havadarlarının sifarişi və terrorçu təşkilatları tərəfindən Azərbaycanın tarixi torpaqları əsasında bir layihə olaraq yaradılan erməni dövlətçiliyi bu gün də öz terrorçu mahiyyətini göstərməkdədir.
Prezident İlham Əliyev hələ II Qarabağ savaşından əvvəl dünya dövlətlərinə müraciətində deyib ki, “Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır və bunu hər kəs bilməlidir. Bütün dünya bilməlidir”.
Azərbaycan prezidenti öz çıxışlarında dəfələrlə vurğulayıb ki, “Ermənistan öz terrorçu mahiyyəti ilə Cənubi Qafqazda potensial təhlükə mənbəyidir”. Prezidentin qətiyyətlə söylədiyi bu fikirlər, erməni dövlətinin və erməniçiliyin istər ideoloji-mənəvi, istərsə də hərbi-siyasi təsisatlarının terrorçu mahiyyətini bir daha üzə çıxarmaqdadır.
Vətən müharibəsi dövründə erməni hərbi-siyası xuntası öz terrorçu mahiyyətini bir daha göstərərək Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə, Tərtər və digər şəhərlərini raket atəşinə tutdu. Bu erməni vəhşiliyi, Gəncə və Bərdə şəhərlərində çoxsaylı insan təlafatı və yüzlərlə mülki əhalinin ağır yaralanması ilə nəticələndi. Həlak olanlar arasında uşaqlar, qadınlar və yaşlı insanlar da vardır. Təəssüflər olsun ki, dünya birliyi və siyasi dairələri ermənilərin azərbaycanlılara qarşı əvvəlki qətliamlar siyasətinə biganə qaldığı kimi, bu faciələrə də seyrçi münasibət göstərdi.
Lakin türk-müsəlman dünyasına qarşı davan edən bu ənənəvi ikili standartlara baxmayaraq, Azərbaycan dövləti şanlı ordusunun rəşadəti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və uğurlu diplomatik fəaliyyəti, həmçinin Türkiyə Cümhuriyyətinin, Anadolu türk qardaşlarının siyasi və mənəvi dəstəyi ilə torpaqlarını erməni faşistlərinin və onların havadarlarının işğalından azad edərək öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi.
II Qarabağ müharibəsində Azərbaycan Ordusunun 2783 nəfər hərbi qulluqçusu həlak oldu. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.
Ümumiyyətlə, tariximizin bütün mərhələlərinə nəzər yetirdikdə görürük ki, dövlətlərimizin apardığı hərbi qarşıdurmalar müharibə qanunlarına, ədalət prinsiplərinə əsaslanıb, mövcud dövrün hərb qanunlarına uyğun olaraq həyata keçirilib. II Qarabağ savaşı-Vətən Müharibəsində də Azərbaycanın müzəffər ordusu beynəlxalq hüququn bütün prinsiplərinə əməl edərək, erməni işğalçılarını ağır məğlubiyyətə uğratdı, 30 ilə yaxın bir dövrdə işğal olunmuş Dağlıq Qarabağ və ətraf əraziləri düşmən işğalından azad etdi. BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi məlum dörd qətnaməsini icra etməməsi səbəbindən, bu missiyanı Azərbaycan dövləti öz üzərinə götürərək, bu qətnamələrin icrasını təmin etdi.
10 noyabr 2020-ci il tarixində üç ölkənin dövlət başçıları tərəfindən bəyanat imzalandı. Bəyanatda 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00:00-dan etibarən tam bir atəşkəs və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması elan edildi. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı sentyabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanmış və Ermənistanın kapitulyasiya aktıdır.
Bu tarixi qələbə ilə torpaqlarımız erməni işğalından azad edilməklə bərabər, həmçinin mifoloji və siyasi-ideoloji mahiyyətli erməniçilik və erməni dövlətçiliyinə ağır zərbə vuruldu. Bir sözlə, Qarabağda erməni işğalının sonu, Ermənistan dövlətinin və erməni toplumunun siyasi-ideoloji dəyərlərinin tənəzzülünün əsasını qoydu.
1. İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi). I kitab, Bakı, "Şərq-Qərb Nəşriyyat evi, 2010
2. Namiq Musalı. I Şah İsmayılın hakimiyyəti (“Tarix-i aləmara-yi Şah İsmayıl” əsəri əsasında). Bakı: “Nurlan”, 2011
3. E. Əhmədov. Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011-ci illər).- Bakı, 2012
4. Əli Həsənov. Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması (Azərbaycan, türk, rus, ingilis, fransız, alman, ərəb və Çin dillərində). Bakı, “Zərdabi LTD” MMC, 2017
Mübariz AĞALARLI,
AMEA, t.ü.f.d, dosent
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Tətbiqi Tədqiqatlar Fondunun “Cənubi Qafqaza erməni köçü: xronikası, mahiyyəti” layihəsi çərçivəsində hazırlanıb.
Bölməyə aid digər xəbərlər

Dünən, 22:53
Ermənistanda aclıq başlaya bilər
Dünən, 17:02
XİN sözçüsü: "Ermənistan sülhdə maraqlıdırsa..."
Dünən, 09:10
Zelenski: “Rusiyanı sülhə “məcbur etmək” lazımdır”
8-01-2025, 17:15
İranyönlü silahlılar Suriyanı tərk edib
8-01-2025, 16:31
MSK sədri: "16148 nəfərin namizədliyi qeydə alınıb"
8-01-2025, 16:00
Bələdiyyə seçkiləri:YAP-ın məşvərətçi səs hüquqlu üzvü təsdiqlənib
8-01-2025, 12:00
Adəm Məmmədov: "Əmimin həbsi barədə açıqlama vermək istəmirəm”
8-01-2025, 10:21
Bələdiyyə seçkiləri: “exit-poll”a sənəd qəbulu müddəti başa çatır
8-01-2025, 08:38
Fələstin BMT Təhlükəsizlik Şurasını ayağa qaldıracaq
8-01-2025, 08:26
ABŞ Qəzzada atəşi niyə dayandırmır?
7-01-2025, 22:37
İranda 901 nəfəri edam ediblər
7-01-2025, 16:21
Lalə Şövkətin oğlu: "Əgər Əvəz bəy partiya istəyirsə..."
7-01-2025, 14:23
Milli Məclisin iclasları gələn həftədən başlayır
6-01-2025, 19:57
Makron: Mask seçkilərə kobud müdaxilələr edir
6-01-2025, 18:44
XİN sözçüsü: "Makronun təxribat dolu açıqlamaları qəbuledilməzdir”
6-01-2025, 18:24
İcra başçısının məktəblini döyən sabiq müavini seçkiyə qatılıb
6-01-2025, 17:10
Yeni hökumət ərəb coğrafiyasında danışıqlar aparır
6-01-2025, 16:26
YAP bələdiyyə seçkilərində ödənişsiz təşviqat hüququndan imtina edib
6-01-2025, 16:17
Bələdiyyə seçkiləri: 16174 nəfərin namizədliyi qeydə alınıb
5-01-2025, 21:52
Polşa XİN başçısı Ceyhun Bayramova zəng edib
1-01-2025, 23:33
Lalə Şövkətin partiyası fəaliyyətini bərpa edib
1-01-2025, 18:43
İlon Mask Zelenskini "soyğunçuluq üzrə çempion" adlandırıb
29-12-2024, 22:23
Azərbaycan XİN başçısının müavini Suriyaya səfər edib - Foto
29-12-2024, 16:29
Milyarder ifrat sağçıları hakimiyyətə gətirməyə çalışır
29-12-2024, 13:11
Milli Məclisin payız sessiyası başa çatıb
29-12-2024, 08:59
Bu gün Gürcüstanın 6-cı prezidenti and içəcək
28-12-2024, 17:12
XİN: "Ermənistanla sülh prosesinin irəlilədilməsi..."
28-12-2024, 14:49
Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti qalma müddəti dəyişəcək
28-12-2024, 11:56
Prokuror Bəxtiyar Hacıyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib
27-12-2024, 23:37
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
27-12-2024, 14:56
Almanlar növbədənkənar seçkilərə gedir - Qərar
27-12-2024, 10:33
Putin: Ukraynaya qarşı daha güclü silahlardan istifadə edəcəyik
26-12-2024, 15:42
Paşinyan eks-prezidentlərlə “şou” təşkil edib - Deputat
26-12-2024, 14:43
Azərbaycan və Gürcüstan XİN başçıları telefonla danışıb
26-12-2024, 12:11
Özbəkistan XİN başçısı Ceyhun Bayramova zəng edib
26-12-2024, 11:43
Murat Nurtleu Ceyhun Bayramova zəng edib
26-12-2024, 10:23
Siyasi partiyalar təyyarə qəzası ilə bağlı bəyanat yayıb
26-12-2024, 08:40
Makron prezident postunu vaxtından əvvəl tərk edə bilər
26-12-2024, 08:20
İsrail ordusu jurnalistləri öldürür
25-12-2024, 08:40
İlon Mask ABŞ-ın növbəti prezidenti ola bilər
25-12-2024, 08:25
Onlar Vaşinqtonda görüşməyəcəklər
24-12-2024, 17:46
Spiker Ukrayna səfiri ilə görüşüb
24-12-2024, 16:30
Bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi müddəti başa çatır
24-12-2024, 16:23
Ukraynanın daha üç yaşayış məntəqəsi işğal edilib
24-12-2024, 13:52
Sabiq deputat: "Demirəm ki, Azərbaycanda "TikTok" bağlansın, amma..."
24-12-2024, 11:56
Sabah Əziz Orucov hakim qarşısına çıxarılacaq
24-12-2024, 10:03
Hikmət Hacıyev İlham Əliyevin doğum günü ilə bağlı paylaşım edib
23-12-2024, 21:24
Ərdoğan: "Azərbaycanın D-8-ə üzvlüyü təşkilatı daha da gücləndirəcək"