13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Naxçıvandakı mövqelərimiz atəşə tutulub
Tarix: 04-09-2024 21:02 | Bölmə: Siyasət
Naxçıvandakı mövqelərimiz atəşə tutulub

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri yenidən atəşə tutulub.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, sentyabrın 4-ü saat 19:35 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.




Bölməyə aid digər xəbərlər