ABŞ-da seçki sorğuları: Harris, yoxsa Tramp öndədir?
Tarix: 01-10-2024 11:16 | Bölmə: Siyasət
ABŞ-da seçki sorğuları: Harris, yoxsa Tramp öndədir?

ABŞ noyabrın 5-də keçiriləcək prezident seçkilərinə hazırlaşır. Prezident Co Baydenin seçki yarışından çəkilərək vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləməsi ilə seçkinin ölçüsü də dəyişib.

Reyting.az
xəbər verir ki, Demokratlar Partiyasının namizədi Harris, namizədliyini elan etdiyi iyulun sonundan etibarən ölkə daxilində keçirilən sorğularda Respublikaçılar Partiyasının namizədi Donald Trampı qabaqlayır.

Xatırladaq ki, namizədlər sentyabrın 10-da Pensilvaniya ştatında canlı televiziya debatında üz-üzə gəliblər. Debatı 67 milyon insan izləyib. Debatdan sonra keçirilən əksər milli sorğulara görə, Harris öz performansı sayəsində səslərini bir qədər artırıb. Demokrat Partiyasının namizədi debat günü səs marjasını 2,5 faizdən bir həftə ərzində 3,3 faizə yüksəldib. Bu məhdud artımın əksəriyyəti Trampın səslərinin azalması ilə bağlıdır. Debatdan əvvəl Trampın orta səsvermə göstəricisi yüksəlirmiş, amma müzakirələrdən sonrakı həftədə 0,5 faiz azalıb.



ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər