Ər-Riyaddakı danışıqların məzmunu açıqlanmayacaq
Tarix: 25-03-2025 14:02 | Bölmə: Siyasət
Ər-Riyaddakı danışıqların məzmunu açıqlanmayacaq

Rusiya ilə ABŞ arasında Ər-Riyaddakı danışıqların məzmunu açıqlanmayacaq, çünki bunlar texniki məsləhətləşmələrdir.

Reyting.az
xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya və ABŞ arasında Ər-Riyadda aparılan danışıqların nəticələri barədə Moskva və Vaşinqtona məlumat verilib.

Peskov hazırda danışıqların nəticələrinin təhlil edildiyini söyləyib. Onun sözlərinə görə, Rusiya və ABŞ təmasları davam etdirəcək, lakin təmasların vaxtı və nümayəndə heyətlərinin tərkibi ilə bağlı hələlik konkret məlumat yoxdur.

Peskov Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında üçtərəfli görüşün hələlik planlaşdırılmadığını da sözlərinə əlavə edib.




Bölməyə aid digər xəbərlər