Zelenski Uitkoffun Moskva səfərindən narahatdır
Tarix: 06-08-2025 08:49 | Bölmə: Siyasət
Zelenski Uitkoffun Moskva səfərindən narahatdır

“Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskvaya səfərindən narahatdır. Bu o deməkdir ki, Zelenskinin şansı azalır, özü də hər şeyin necə bitəcəyini anlayaraq tələsir və qaçır”.

Reyting.az
xəbər verir ki, bu barədə Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin özünün “YouTube” kanalında paylaşım edib.

Soskinin iddiasına görə, Zelenski cəbhədəki mövcud vəziyyəti dondurmağa çalışır və Uitkofun Rusiyaya səfəri ilə bağlı narahatlığını gizlədir.

Məlumata görə, bu gün, ABŞ prezidentinin ultimatumunun bitməsinə iki gün qalmış Uitkoff ilə Rusiya nümayəndələri arasında danışıqlar aparılmalıdır.

Onu da qeyd edək ki, Stiv Uitkoff artıq Moskvadadır. Onu Vnukovo hava limanında Rusiyanın Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev qarşılayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər