18:20 / 25-07-2025
Oleq Bakinskiyə hökm oxunub
Hikmət Hacıyev: "Əgər ABŞ şirkətləri ilə işləyirlərsə, bu, onların işidir"
Tarix: 26-07-2025 18:18 | Bölmə: Siyasət
Hikmət Hacıyev: "Əgər ABŞ şirkətləri ilə işləyirlərsə, bu, onların işidir"

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ şirkətinin Zəngəzur dəhlizi layihəsində roluna dair yayılan xəbərlərə münasibət bildirib.

O, Almaniyanın "Berliner Zeitung" nəşrinə müsahibəsində deyib ki, bu, Ermənistanın qərar verəcəyi məsələdir.

"Əgər ABŞ şirkətləri ilə işləyirlərsə, bu onların işidir. Biz isə öz üzərimizə düşəni edirik: Gürcüstan, İran və Rusiya ilə nəqliyyat əlaqələrimizi gücləndiririk. Bu layihələr bütün bölgəyə fayda verəcək. Əgər Ermənistan istəsə, biz trans-Qafqaz dəhlizi üzərində birgə işləməyə hazırıq", - o vurğulayıb.




Bölməyə aid digər xəbərlər