MAQATE İrana qarşı qərar verib
Tarix: 21-11-2025 08:24 | Bölmə: Siyasət
MAQATE İrana qarşı qərar verib

İranın 5 aydan artıqdır MAQATE tərəfindən yoxlanılmamış zənginləşdirilmiş uran ehtiyatları ciddi narahatlıq doğurur.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

MAQATE-nin İdarəetmə Şurası İranı hücuma məruz qalan nüvə obyektləri və zənginləşdirilmiş uran ehtiyatları barədə məlumat verməyə və onlara çıxışı təmin etməyə çağıran qərar layihəsini təsdiqləyib.

İranın nüvə obyektləri və uran ehtiyatları ilə bağlı İngiltərə, Fransa və ABŞ-ın təqdim etdiyi qərar layihəsi beynəlxalq agentlik tərəfindən bəyənilib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər