Bakıda yeniyetmə qətlə yetirilib
Tarix: 17-11-2025 23:09 | Bölmə: Xəbərlər
Bakıda yeniyetmə qətlə yetirilib

Noyabrın 17-də saat 22 radələrində Yasamal rayonu ərazisində 2010-cu il təvəllüdlü H. Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Reyting.az
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə. Novruzlu saxlanılıb.

Araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər