Əməkdar artist Yadigar Muradov vəfat edib
Tarix: 18-11-2025 08:25 | Bölmə: Xəbərlər
Əməkdar artist Yadigar Muradov vəfat edib

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Əməkdar artist Yadigar Muradov vəfat edib.

Reyting.az
xəbər verir ki, bu barədə teatrın "Facebook" sosial media hesabında paylaşım edilib.

Yadigar Muradov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, səhhəti pisləşən Yadigar Muradov oktyabrın 4-də xəstəxanaya yerləşdirilmişdi.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər