Prezidentin qudası iki ölkənin münasibətlərini gərginləşdirib
Tarix: 24-02-2026 16:11 | Bölmə: Siyasət

Prezidentin qudası iki ölkənin münasibətlərini gərginləşdirib

Lyonda öldürülən ifrat sağçı gənclə bağlı açıqlamalarına görə Xarici İşlər Nazirliyinə çağırılan ABŞ səfiri Çarlz Kuşnerin görüşə qatılmaması və Fransa nazirləri ilə təmaslarının məhdudlaşdırılması Paris-Vaşinqton xəttində yeni gərginlik kimi qiymətləndirilir.

Reyting.az xəbər verir ki, “Le Figaro” və “Le Monde” qəzetləri ABŞ səfiri Çarlz Kuşner çağırılmasına baxmayaraq Xarici İşlər Nazirliyinə gəlmədiyini qeyd edib.

“France 24” iki ölkə arasındakı diplomatik gərginliyi “ABŞ səfiri Çarlz Kuşner Xarici İşlər Nazirliyinə gəlmədiyinə görə sanksiyaya məruz qalıb” başlığı ilə işıqlandırıb.

Qeyd edək ki, Fransa xarici işlər naziri Jan-Noel Barrot dünən ABŞ-nın Parisdəki səfiri Kuşneri 12 fevralda Lyonda baş verən və solçu və ifrat sağçı qruplar arasında bir gəncin ölümü ilə nəticələnən zorakı hadisə ilə bağlı açıqlamalarına görə Xarici İşlər Nazirliyinə çağırıb.

Qeyd edək ki, Parisdəki ABŞ səfirliyi “X” sosial media platformasında “Fransa daxili işlər naziri tərəfindən təsdiqlənmiş Kventin Derankın ifrat solçu yaraqlılar tərəfindən öldürülməsi xəbəri hamımızı narahat etməlidir”,- deyə bir açıqlama yayıb. Açıqlamad qeyd olunur ki, Fransada zorakı ifrat sol ekstremizm artmaqdadır və gəncin ölümü bu artımın ictimai təhlükəsizliyə təhdid yaratdığını göstərir.

Fransa diplomatik mənbələri bildirib ki, Lionda öldürülən ifrat sağçı gənclə bağlı açıqlamalarına görə Xarici İşlər Nazirliyinə çağırılan Kuşner görüşə gəlmədiyi üçün bundan sonra hökumət rəsmiləri ilə birbaşa görüş imkanı olmayacaq.

Cared Kuşnerin (İvanka Trampla evlidir) atası və ABŞ-nın Parisdəki səfiri Çarlz Kuşner əvvəllər Fransa hökumətini ölkədə artan antisemitizmə qarşı kifayət qədər tədbir görməməkdə ittiham etdikdən sonra Xarici İşlər Nazirliyinə çağırılmışdı. Kuşner nazirliyə getməyəcəyini və onun yerinə komandasının görüşdə iştirak edəcəyini açıqlamışdı.

ELÇİN





Bölməyə aid digər xəbərlər