Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
Polkovnikə maraqlı məktub - Fotolar
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
Prezident bu şəxsləri təltif edib - Siyahı
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
Hərbi xidmətə çağırış başlayır
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
Tarix: 25-02-2026 10:36 | Bölmə: Siyasət

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ibtidai istintaqı davam etdirilən və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Mehdiyev Ramiz Ənvər oğlunun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvlüyündən çıxarılması məsələsi ilə bağlı Akademiya tərəfindən ictimaiyyətə bir neçə dəfə rəsmi açıqlama verilib.
Reyting.az xəbər verir ki, bu barədə AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatında qeyd olunub.
Bildirilib ki, akademiyanın rəhbərliyi bir daha Mehdiyev Ramiz Ənvər oğlunun dövlət əleyhinə törətdiyi əməlləri qətiyyətlə pisləyir və bağışlanmaz olduğunu bildirir.
Əlavə olunub ki, Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyündən xaric edilməsi məsələsi qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunmaqla həll ediləcək: "Belə ki, ona qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirliliyi məhkəmə hökmü ilə təsdiq edildiyi halda, məsələ Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi Yığıncağı üzvlərinin müzakirəsinə çıxarılacaq və müvafiq qərar qəbul ediləcək.
Azərbaycan Milli Elmlər Akademiyası fəaliyyətində hüququn aliliyini, qanunçuluq prinsiplərini və hüquqi prosedurların şəffaflığını əsas kimi rəhbər tutduğunu bir daha vurğulayır”.
Qeyd edək ki, bir azdan AMEA-nın Rəyasət Heyətinin iclası keçiriləcək. İddialara görə, gündəliyə daxil olan iki məsələdən biri Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən xaric edilməsidir.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək