Rəssam Ayla İnsanovanın əsərləri Parisdə sərgilənib - Fotolar
Qadınları xaricə apararaq cinsi istismara məruz qoyan mütəşəkkil dəstə aşkarlanıb - Video
Avropa ABŞ-dan asılılığı azaltmaq istəyir: müstəqil nüvə çətiri qurmağa çalışırlar
ASC rəhbəri Ruslan Eyyubovun həbs müddəti uzadılıb - (Yenilənib)
Şovinist ermənilər Azərbaycanın anti-milli qüvvələrini dəstəkləyir
İcra başçısı sabiq deputatdan polisə şikayət edib
İctimai vəkillik layihəsi çərçivəsində tədbirlər keçirilib - Foto
Əli Mustafa: Azərbaycanda Rusiyanın nüfuz dairəsində olan mərkəzlər zəiflədilməlidir
ABŞ-da tələbələr kütləvi şəkildə ixtisaslarını dəyişirlər
Məşhur kollecin direktorunun adı qalmaqalda: milyonluq mülklər...
Daha 17 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
Tarix: 20-02-2026 12:17 | Bölmə: Siyasət

ATƏT Parlament Assambleyasının qış sessiyası Avstriyanın paytaxtı Vyana şəhərində öz işinə başlayıb. Sessiya çərçivəsində ATƏT məkanında sülh, təhlükəsizlik və əməkdaşlıq sahəsində müzakirələr keçirilir. Azərbaycan Milli Məclisinin nümayəndə heyəti də sessiyanın işində iştirak edir.
Reyting.az-ın məlumatına görə, nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov “Ukraynada və onun hüdudlarından kənarda Helsinki prinsipləri uğrunda mübarizə: müfəssəl təhlükəsizlik əsasında regional sülhün təmin edilməsi” mövzusunda keçirilən debatda çıxış edib.
Q. Məmmədov Helsinki Yekun Aktının əhəmiyyətini vurğulayaraq bildirib ki, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri ardıcıl və ikili standartlara yol verilmədən qorunmalıdır. Deputat qeyd edib ki, bu prinsiplərin selektiv şəkildə tətbiqi ATƏT məkanında hərtərəfli təhlükəsizliyi sarsıdır.
Q. Məmmədov əlavə edib:
“Ukraynada davam edən müharibə regional və qlobal sabitlik üçün ciddi çağırış olaraq qalır. Biz Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə möhkəm dəstəyimizi bir daha bəyan edirik. Ukraynaya humanitar yardım göstərməklə praktik dəstəyimizi davam etdiririk.
Ermənistan və Azərbaycan arasında baş verən son inkişaflar sülhün mümkün olduğunu göstərir. 2025-ci ilin avqust ayında keçirilmiş Vaşinqton sülh sammiti Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında tarixi dönüş nöqtəsi olmuşdur. Amerika Birləşmiş Ştatların xüsusilə də sülh prosesinin möhkəmləndirilməsinə töhfə vermiş Prezident Trampın konstruktiv rolunu yüksək qiymətləndiririk. ABŞ-nın vitse-prezidenti Vensin Azərbaycana və Ermənistana son səfəri ABŞ-ın regionumuzda sülhə, bağlantılara və inkişafa davamlı sadiqliyinin güclü siqnalı olmuşdur.
Bu gün Azərbaycan və Ermənistan faktiki olaraq sülh şəraitində yaşayır. Sülh hər iki ölkəyə daha çevik xarici siyasət yürütməyə və xalqlarının rifahı naminə əməkdaşlığın istifadə olunmamış potensialından yararlanmağa imkan verir. Birbaşa ikitərəfli danışıqlar ən effektiv irəliləyiş yolu olduğunu sübut etmişdir. Hökumətlər, parlamentlər və vətəndaş cəmiyyəti arasında müntəzəm təmaslar mövcuddur. Ticarət və tranzit sahəsində real addımlarla praktik əməkdaşlıq formalaşır. Bu dinamikanı qorumaq üçün maneələrin tam aradan qaldırılması və öhdəliklərin tam icrası zəruridir. Bu baxımdan, TRIPP-in vaxtında reallaşdırılması sülh prosesinin düzgün istiqamətdə davam etməsi üçün həyati əhəmiyyət daşıyır”.
Q. Məmmədov ATƏT-in müfəssəl təhlükəsizlik konsepsiyasının aktual və zəruri olaraq qaldığını qeyd edərək, səhvlərdən nəticə çıxarmağın, konsensus prinsipinin və praktik nəticələrə yönələn fəaliyyətin əhəmiyyətini vurğulayıb.
Bölməyə aid digər xəbərlər















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək