“Hakimiyyət daxilində milyarder terrorçular mövcuddur” - Hafiz Hacıyev
Tarix: 30-06-2016 11:56 | Bölmə: Siyasət


"Ərdoğan bir vaxtlar İsrailə barmaq ilkələdi, sonra gedib İsraillə barışdı. İsraili istəməyən qüvvələr isə Türkiyə-İsrail yaxınlaşmasını istəmirlər.

Türkiyə rəhbərinin apardığı səhv siyasət Rusiya ilə münasibətləri də korlayıb. Amma Qərb heç zaman istəməz ki, Türkiyə-Rusiya yaxınlaşması olsun. Onlar buna imkan verməyəcəklər.

Türkiyədə sabitliyi pozmaq istəyən qüvvələr hər zaman fürsət gözləyirlər. Ərdoğanın özü hazırda yanlış siyasət aparır, Atatürk idealarından imtina edən bu adam sağa-sola çırpınır”.

Reyting.az-ın məlumatına görə, bu sözləri Türkiyədə baş verən növbəti terror aktını şərh edərkən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Moderator.az saytına deyib.

H.Hacıyevin proqnozuna görə, Türkiyədə bundan sonra da terror hadisələri gözlənilir: "Kiminləsə əmkdaşlıq edib sonra yarımçıq qoyanda ağır nəticələr olur. Dünyadakı super güclərin terrorçu qrupları var. Lazım olanda onları asanlıqla işə sala bilirlər. Ərdoğan da qarşısında Qərbin olduğunu fikriləşməliydi. Təsəvvür edin ki, "Böyük yeddilər”in samitindən sonra Türkiyədə bu terror hadisəsi baş verdi”.

Partiya sədri deyib ki, Türkiyə NATO üzvü olmasına baxmayaraq, qurumun starteji xəttinə zidd addımlar atır, nəticəsi isə göz qabağındadır.

H.Hacıyev Azərbaycanda da terror hadisəsinin olduğunu deyib: "Aprel hadisələri zamanı 100-dən çox hərbçimiz həlak oldu. Bu da Rusiyanın bizə qurduğu rəsmi terror idi”.

MMP sədri iddia edir ki, ölkə daxilində də sabitliyi pozmaq istəyən qüvvələr var: "Hakimiyyət daxilində milyarder terrorçular mövcuddur. Amma gördüyünüz kimi, prezident İlham Əliyevin siyasəti nəticəsində bu insanları hələ ki, zərərsizləşdirmək mümkün olur.”





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər