14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
Bakıda İlham Əliyevlə Pyotr Poroşenkonun görüşü başlayıb
Tarix: 14-07-2016 11:24 | Bölmə: Siyasət

 


Bakıda Ukrayna prezidenti Pyotr Poroşenkonun rəsmi qarşılanma mərasimi keçirilib.

APA-nın Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Azərbaycan prezidenti İlham Əliyevin Zaqulbadakı iqamətgahında keçirilən qarşılanma mərasimində Azərbaycan və Ukraynanın dövlət himnləri səsləndirilib. Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçib.

Prezidentlər öz ölkələrinin rəsmi nümayəndə heyətlərini bir-birinə təqdim ediblər.

Sonra Ukrayna və Azərbaycan prezidentlərinin ikitərəfli görüşü başlayıb. Görüşdən sonra Prezidentlər Şurasının 5-ci iclası keçiriləcək.

Reyting.az

 





Bölməyə aid digər xəbərlər