17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Mahmud Əhmədinejad: “İran prezidenti Trampla birbaşa danışıqlar aparmalıdır” - Foto
Tarix: 20-07-2019 12:07 | Bölmə: Siyasət
Mahmud Əhmədinejad: “İran prezidenti Trampla birbaşa danışıqlar aparmalıdır”

“İran prezidenti Trampla birbaşa danışıqlar aparmalıdır”.

Reyting.az
“New York Times”-a istinadla xəbər verir ki, bunu nəşrə müsahibəsində eks-prezident Mahmud Əhmədinejad bildirib.

“New York Times”-ın “Bəzi sərt tənzimçilər Trampla birbaşa danışıqlar tələb edir” başlıqlı 1 saatlıq müsahibədə Əhmədinejad vurğulayıb ki, danışıqlar hər iki ölkənin maraqlarına xidmət edir.

“Tramp qərarlı adam, həm də biznesmendir, buna görə də, gəlir və ziyanın nə olduğunu yaxşı bilir, qərarlarını da bu təməldə verir”.

Əhmədinejad ABŞ və İran arasındakı 40 illik münaqişəni çözmə vaxtının yetişdiyini bildirib.

Trampa 3 məktub yazdığını xatırladan eks-prezident əlaqələrin dünyanın maraqlarına da uyğun olduğunu dilə gətirib.

Mahmud Əhmədinejad deyib: “Bütün istiqamətlərdə danışıqlar aparılmalıdır. Amma əvvəlcə maksimum təzyiq üsuluna son qoyulmalıdır. Tərəflər bir-birinə ehtiram göstərməlidir”.

Mahmud Əhmədinejad: “İran prezidenti Trampla birbaşa danışıqlar aparmalıdır”




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}