Həmsədrlərin Ankara səfəri baş tutmadı - Ceyms Uorlik
Tarix: 20-07-2016 12:07 | Bölmə: Siyasət

 

ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülhlə həllinə dair Ankarada nəzərdə tutulan görüşləri təxirə salınıb.

"RİA Novosti” xəbər verir ki, bu haqda Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik məlumat verib.

O qeyd edib ki, görüşün tarixi ilə bağlı dəqiqləşdirmələr aparılır.

Xatırladaq ki, həmsədrlərin Dağlıq Qarabağ danışıqları ilə bağlı Türkiyə tərəfini məlumatlandıracağı gözlənilirdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}