Tramp Qrelandiya adasını satın alır? – İstehza doğurmuş qalmaqal
Tarix: 16-08-2019 18:30 | Bölmə: Siyasət
Tramp Qrelandiya adasını satın alır? – İstehza doğurmuş qalmaqal

Danimarka siyasətçiləri bu gün Tramp və müşavirləri arasında gizli şəkildə müzakirə olunan Qrenlandiyanın satın almaq məsələsinə görə ABŞ-ı lağa qoyublar.

Reyting.az
“Reuters”-ə istinadla xəbər verir ki, Qrelandiyanın xarici işlər naziri Anne Luneqqer, dünyanın ən böyük adasının satılmadığını söyləyib.

Danimarkanın sabiq baş naziri Lars Luks Rasmussen də “Twitter”-də yazıb: “Bu, yəqin ki, zarafatdır”.

“Əgər Tramp, həqiqətən, bunu etmək niyyətindədirsə, bu, onun dəlisovluğunun son sübutudur", - Danimarka Xalq Partiyasının sözçüsü Soren Espressen deyib. - Danimarkanın 50 min vətəndaşını ABŞ-a satması fikri olduqca axmaqdır”.

Qrenlandiyanın ikinci ən böyük partiyasını təmsil edən danimarkalı millət vəkili Ajay Çamnitz Larsen deyib: "Əminəm ki, əksər qrelandlılar inanırlar ki, ABŞ-la müqayisədə Danimarka ilə münasibət qurmaq daha yaxşıdır".

Danimarka Sosial Demokrat Partiyasından olan millət vəkili və keçmiş xarici işlər naziri Martin Lidqard bildirib: "Ciddi qəbul edə biləcəyimiz şey – yalnız Amerikanın şimal yarımkürəyə marağının əhəmiyyətli dərəcədə artması və bölgədə daha çox təsir istəməsidir".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər