G7 ölkələri İranı nüvəsiz qoymaq təklifini dəstəkləyib
Tarix: 25-08-2019 10:05 | Bölmə: Siyasət
G7 ölkələri İranı nüvəsiz qoymaq təklifini dəstəkləyib

“Böyük yeddilik” (G7) ölkələrinin liderləri Fransada keçirilən görüşdə yekdilli olaraq qərara gəliblər ki, İran nüvə silahına malik olmamalıdır.

G7 liderləri Yaxın Şərq regionunda sülh və sabitliyə yardım etməyə hazır olduqlarını da bildiriblər.

Yaponiyanın Baş naziri Sindzo Abe müzakirələr zamanı Tokionun “İranın uranın zənginləşdirilməsi səviyyəsini aşması ilə bağlı ciddi narahatlığını” bildirib.

Bununla yanaşı, Yaponiya hökuməti bu problemin “diplomatik yolla həllinə nail olmağa” davam etmək niyyətindədir.

Böyük yeddilik ölkələrinin liderləri sammitdə Rusiyanı qaytarmaqla “G8” formatını bərpa etmək məsələsini də müzakirə ediblər.

Bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.

Bu barədə Yaponiya hökumətinin nümayəndəsi məlumat verib. Danışıqların təfərrüatları açıqlanmayacaq.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp yenidən Rusiyanın G8-ə qayıtması təklifi ilə çıxış edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər