Sabiq nazirin sözçüsündən Siyavuş Novruzovun ittihamına reaksiya: "Hüseynqulu Bağırov xaricdədir..."
Tarix: 08-09-2019 15:14 | Bölmə: Siyasət
Sabiq nazirin sözçüsündən Siyavuş Novruzovun ittihamına reaksiya: "Hüseynqulu Bağırov xaricdədir..."

YAP-ın icra katibinin müavini Siyavuş Novruzov sabiq nazirlərə bağlı şok açıqlaması ictimaiyyətin diqqətini çəkib.

Bəzi saytlar həmin açıqlamada Siyavuş Novruzovun hədəf göstərdiyi eks-nazirlər arasında keçmiş ekoklogiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun da adının hallandırıb.

Reyting.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a açıqlama verən Hüseyn Bağırovun sözçüsü Vüsal Məmmədov eks-nazirin YAP-ın Siyasi Şurasında fəaliyyətini davam etdirdiyini deyib:

"Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun keçmiş nazirlərlə bağlı açıqlamasından sonra, bəzi saytlar təəssüflər olsun ki, keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun adını da hallandırıb. Ancaq Hüseyn Bağırovun dövlətimizi, dövlətçiliyimizlə bağlı mövqeyi aydındır. O, bütün məsələlərdə dövlətimizin yanındadır, hazırda Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü kimi fəaliyyətini davam etdirir, partiyanın tədbirlərində iştirak edir, partiya üzvü kimi öhdəliklərini yerinə yetirir. Və Hüseyn Bağırov ölkə xaricində və ya ölkə daxilində heç kimi maliyyələşdirmir. Hazırda isə səhhəti ilə bağlı ölkə xaricində, müalicədədir”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər