AŞPA prezidenti Azərbaycana gəlir
Tarix: 10-09-2019 13:10 | Bölmə: Siyasət
AŞPA prezidenti Azərbaycana gəlir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskye sentyabrın 11-12-də Azərbaycana rəsmi səfər edəcək.

Reyting.az
-ın məlumatına görə, o, Bakıda Milli Məclisin sədri və xarici işlər naziri ilə görüşəcək, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin və Nizam-intizam komissiyasının, eləcə də Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri ilə fikir mübadiləsi aparacaq.

Bundan başqa, L. Mori Paskye sentyabrın 11-də Fransa-Azərbaycan Universitetində keçiriləcək, Avropa Şurasının 70 illiyinə həsr olunan “Hüquqlarımız, azadlıqlarımız, Avropamız” mövzsunda “dəyimir masa”da iştirak edəcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər