YAP İdarə heyəti toplandı: hakim partiya seçki hazırlığına start verdi
Tarix: 13-09-2019 16:38 | Bölmə: Siyasət
YAP İdarə heyəti toplandı: hakim partiya seçki hazırlığına start verdi

Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib.

Reyting.az
partiyanın rəsmi saytına istinadən bildirir ki, iclasda Yeni Azərbaycan Partiyasının 2019-cu ilin dekabr ayında Azərbaycan Respublikasında keçiriləcək Bələdiyyə seçkilərinə hazırlıq işləri müzakirə edilib, İcra Katibliyinin cari ilin iyun, iyul, avqust aylarında görülən işlərinə dair hesabatı dinlənilib.

Qeyd olunub ki, bu ilin dekabr ayında ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işlərinə artıq start verilib. Partiyanın bu seçkilərə hazırlığı məsələləri təsdiq edilib tədbirlər planına uyğun olaraq həyata keçirilir. Cəmiyyətdəki yüksək nüfuzu və zəngin seçki təcrübəsi olan Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də uğur qazanılacağına əminlik ifadə edilib.

İclasda YAP İcra Katibliyinin ötən üç ay ərzində həyata keçirdiyi tədbirlərin xüsusi əhəmiyyəti qeyd edilib, onların, nəinki partiyanın həyatında, bütövlükdə ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə kimi dəyərləndirildiyi nəzərə çatdırılıb.

İclasda həmçinin, bir sıra cari məsələlər müzakirə edilib və müvafiq qərar qəbul edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər