14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Tofiq Yaqublu Müsavat başqanı olmaq istəyir
Tarix: 16-09-2019 19:49 | Bölmə: Siyasət
Tofiq Yaqublu Müsavat başqanı olmaq istəyir

Tofiq Yaqublu Müsavat başqanlığına namizədliyini irəli sürəcək.

Reyting.az
xəbər verir ki, bu barədə Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun özü məlumat verib.

O bildirib ki, Müsavat başqanlığına namizəd olacaq: "Müsavat Partiyasının Divanı növbəti qurultayımızın 12 oktyabr 2019-cu il tarixində keçirilməsi haqqında qərar qəbul etdi. Əminəm ki, Müsavat Partiyası bu dəfə də cəmiyyətimizə növbəti demokratiya örnəyi verəcək. Son günlər bir xeyli götür-qoy etdikdən sonra, nəhayət, partiya başqanlığına namizədliyimi irəli sürməyə qərar verdim. Uğurlar, Müsavat!".

Qeyd edək ki, Müsavat Partiyası oktyabrın 12-də qurultay keçirəcəyini açıqlayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}