Sədr məktəblinin intiharına münasibət bildirmir
Tarix: 26-09-2019 13:44 | Bölmə: Siyasət
Sədr məktəblinin intiharına münasibət bildirmir

“Bir çox üzvlərimiz məndən Elina Hacıyevanın işi üzrə davam edən məhkəməyə münasibət bildirməyimi istəyirlər. İşə diqqət göstərməkdə haqlıdırlar, çünki geniş ictimai müzakirə doğurmuş faciəvi hadisədir”.

Reyting.az
xəbər verir ki, bu fikirləri Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri İlqar Məmmədov Feysbuk səhifəsində yazıb.

Bununla eyni zamanda partiya sədri bu fakta münasibət bildirməkdən mədəni yolla boyun qaçırıb: “Məhkəmə qərarı olmadan müxalifət partiyası sədrinin nə cür hökmün gözlənildiyinə münasibət bildirilməsi məhkəməyə təsir etmək kimi qiymətləndirilə bilər. Nəticəsi də, ədalətə xidmət etməz. Məhkəmə qərar versin, onu izləyən sivil toplum təmsilçilərinin rəyi olsun, sonra münasibət bildirərik. Biz təqsirli tərəfi təyin edə bilmərik”.

Xatırladaq ki, Səbail rayonunda yerləşən 162 saylı orta məktəbin VIII sinif şagirdi Elina Hacıyeva məktəbin binasından özünü ataraq intihar edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər