Deputat: "Bir sıra nazirlər, nazir müavinləri deputatın telefonunu belə götürmür"
Tarix: 03-10-2019 15:29 | Bölmə: Siyasət
Deputat: "Bir sıra nazirlər, nazir müavinləri deputatın telefonunu belə götürmür"

“Əvvəl qadınları uyğun olmayan paltarda görəndə narahat olurduq. Amma indi kişilər, bizim qonşuluqda çox biədəb paltarda, paltarsız, lüt vəziyyətdə çıxıb küçədə dururlar”.

Reyting.az
xəbər verir ki, bunu İTV-də 3D verilişində millət vəkili Tahir Kərimli deyib. O, yaşadığı binada açıqlan hosteldə baş verən biabırçılıqlardan danışıb:

“Bizim ailə üzvlərimiz var, onlar da görür bunu. Özü də bizim binamız memarlıq abidəsidir, qadağandır ki, oranı hostelə çevirsinlər. Müraciət etmədiyimiz yer qalmadı, amma təəssüf edirəm ki, qanundan yüksək olan o adam gəlib binada hostel açdı.

Mən deputat olaraq öz hüququmu müdafiə edə bilmirəmsə, gör adi adamlar nə çəkir.

İndi nəinki deputatı eşitmirlər, bir sıra nazirlər, nazir müavinləri deputatın telefonunu belə götürmür. Bununla yanaşı deputata hörmətlə yanaşan, sorğulara cavab verənlər də var”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}