Müxalifətçilər Bakı şəhər polisinə çağrılıb
Tarix: 05-10-2019 13:46 | Bölmə: Siyasət
Müxalifətçilər Bakı şəhər polisinə çağrılıb

Oktyabrın 8-də Bakı şəhərində razılaşdırılan piketin yüksək təhlükəsizlik şəraitində keçirilməsi üçün təşəbbüs qrupunun üzvləri – İbrahim İbrahimli, Eldəniz Quliyev bu gün Bakı Şəhər Baş Polis İdarəsinə (BŞİH) dəvət olunaraq, qanunun tələbləri nəzərlərinə çatdırılıb və onlara xəbərdarlıq edilib.

Reyting.az
xəbərinə görə, bu barədə BŞİH-dən məlumat verilib.

Məlumatda bildirilir ki, piketin keçiriləcəyi ərazidə, hərəkətin intensivliyini, əhalinin sıxlığını nəzərə alaraq, polis tərəfindən qanunun tələblərinə uyğun razılaşdırılan xüsusatlardan kənar, qanunsuz müdaxilə və cəhdlərin, əhalinin rahatlığını, təhsil müəssisələrinin, idarə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı alınacaqdır. Say tərkibi müəyyən olunan piket iştirakçılarından kənar şəxslərin təyin olunmayan yer və ətraf ərazilərə toplanması nəzərdə tutulmayıb.

Bildirilib ki, “Sərbəst toplaşmaq haqqında” qanuna əsasən ayrı-seçkiliyə, ədavət, zorakılıq və təhqiredici çağırışlarla müşayiət olunan milli, irqi, dini ədavəti təbliğ edən davranış, eləcə də müraciətdə göstərilən ifadələrdən əlavə digər şüarların səsləndirilməsinə imkan verilməyəcək.

Qeyd olunanları nəzərə alaraq, təşəbbüskarları və qanunla 50 nəfərlik piketdə iştirak etmək arzusunda olanların qaydalara əməl etmələri tövsiyə olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər