Milli Şura Bakının mərkəzində piket keçirib
Tarix: 08-10-2019 16:14 | Bölmə: Siyasət
Milli Şura Bakının mərkəzində piket keçirib

Milli Şura Bakıda razılaşdırılmış piket keçirib.

Piket Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universitetinin arasında yerləşən ərazidə keçirilib.

50 nəfərin iştirakı ilə keçirilən piketdə Milli Şuraya aksiya keçirilməsi üçün şəhərin mərkəzi ərazilərində yer verilməsi tələb edilib.

Aksiyanın yüksək təhlükəsizlik şəraitində keçirilməsi və ictimai asayişin pozulmaması üçün əraziyə polis əməkdaşları cəlb olunub.

Piket başlamazdan öncə razılaşdırılmış yerdən kənarda - İstiqlaliyyət küçəsi ilə Muxtarov küçəsinin kəsişməsində aksiya keçirməyə cəhd olunub. Polis həmin ərazidə aksiyaya imkan verməyib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) oktyabrın 3-də Milli Şuranın piketlə bağlı müraciətinə baxıb və piketin keçirilməsinə etiraz etməyib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər