08:34 / 25-12-2024
Ottava Pekinə etiraz edir
Dağlıq Qarabağ məsələsi İsveç parlamentində qaldırılıb - Foto
Tarix: 07-11-2019 15:33 | Bölmə: Siyasət
Dağlıq Qarabağ məsələsi İsveç parlamentində qaldırılıb

İsveç parlamentində (Riksdaq) “Şərq Tərəfdaşlığı” Proqramının 10-cu ildönümünə həsr olunmuş “Parlament və onun üzvləri, dialoq və plüralizmin demokratiyada rolu” adlı tədbir keçirilib.

Reyting.az
-ın məlumatına görə, tədbirdə iştirak edən Milli Məclisin deputatı Sahibə Qafarova çıxışı zaman Dağlıq Qarabağ məsələsini də qaldırıb.

Deputat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bölgədəki sabitliyə və inkişafa maneə törətdiyini qeyd edib.

S. Qafarova vurğulayıb ki, Ermənistan nəinki Azərbaycan ərazilərinin işğalını davam etdirir, həm sözdə, həm də fəaliyyəti ilə sülh danışıqları prosesinə zərbə vuraraq müxtəlif təxribatlarla problemin tezliklə həllinə əngəl yaradır:

“2013-cü ildə Avropa Parlamenti Avropa Qonşuluq Siyasəti ilə bağlı qətnamə qəbul edib. Sənəddə "Şərq Tərəfdaşlığı"na daxil olan bir ölkənin proqramın digər iştirakçısının ərazisini işğal etməsinin layihənin təməl prinsiplərini və məqsədlərini pozduğu xüsusi qeyd olunur.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll edilməsinin vacibliyi vurğulanır. Lakin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 84 nömrəli qətnamələrinə hələ də məhəl qoyulmur”.(Trend)

Dağlıq Qarabağ məsələsi İsveç parlamentində qaldırılıb




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər