Fazil Mustafa 65 namizədlə seçkidə iştirak qərarı verdi
Tarix: 10-12-2019 12:48 | Bölmə: Siyasət
Fazil Mustafa 65 namizədlə seçkidə iştirak qərarı verdi

Bu gün Böyük Quruluş Partyası Ali Məclisinin iclası keçirilib. İclasda 09 fevral 2020-ci il tarixə təyin olunan Azərbaycan Respublikası Milli Məclisnə növbədənkənar seçkilərdə Böyük Quruluş Partiyasının iştirakının məqsəduyğunluğu haqqında qərar qəbul edilib.

Bu barədə Reyting.az-a partiyadan məlumat verilib.

Bildirilib ki, Ali Məclis üzvləri yekdilliklə partiyanın başqanı Fazil Qəzənfər oğlu Mustafanı 26 saylı Sabunçu birinci seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədliyini irəli sürüblər.

Məclisdə həmçinin ölkənin 65 seçki dairəsindən deputalığa namizədliklər müəyyən edilib. Digər seçki dairələri üzrə namizədlərin müəyyən edilməsi səlahiyyəti də partiyanın Siyasi Quruluna həvalə edilib.

Bununla yanaşı, partiyanın səlahiyyətli nümyəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri də təyin edilib.

Bu gün artıq Fazil bəyin seçki sənədləri 26 saylı Sabunçu birinci seçki dairəsinin Dairə seçki komissiyasına təqdim edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər