Parlament seçkiləri: MSK 3 partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb
Tarix: 11-12-2019 16:15 | Bölmə: Siyasət
Parlament seçkiləri: MSK 3 partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb

2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün üç partiya Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

MSK-nın bu gün keçirilən iclasında növbədənkənar seçkilərdə iştirak üçün bir sıra siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydə alınmasına dair müraciətə baxılıb.

Beləliklə, iclasda Yeni Azərbaycan Partiyasının (YAP), Ümid Partiyasının və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) səlahiyyətli nümayəndələri qeydə alınıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər