DTX Neftçala İcra Hakimiyyətində keçirdiyi əməliyyatla bağlı məlumat yaydı: həbslər var - Yenilənib
Tarix: 20-02-2020 13:09 | Bölmə: Siyasət
DTX Neftçala İcra Hakimiyyətində keçirdiyi əməliyyatla bağlı məlumat yaydı: həbslər var

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat keçirir.

Reyting.az
xəbər verir ki, bu barədə Haqqin.az saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, az əvvəl icra hakimiyyətinin binasının qarşısına DTX-nın xüsusi təyinatlılarının olduğu 4 "CEEP" avtomobili gəlib. Binanın qarşısında blok-post qurulub və ora giriş-çıxış qadağan edilib.

Qeyd edək ki, hazırda Neftçala Rayon İcra Hakimiyyətinə İsmayıl Vəliyev rəhbərlik edir. O, bu vəzifəyə 2011-ci ildə təyin edilib. Bundan əvvəl isə 2005-ci ildən Qobustanın icra başçısı olub.

***

Dövlət Təhlükəsizliyi Xidməti Neftçala Rayon İcra Hakimiyyətində keçirilən əməliyyatla bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Dövlət Təhlükəsizliyi Xidmətindən bildirilib ki, araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Reyting.az
скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}