Zahid Oruc əvvəlki parlamenti tənqid edib
Tarix: 13-03-2020 13:56 | Bölmə: Siyasət
Zahid Oruc əvvəlki parlamenti tənqid edib

Milli Məclisin nüfuzlu olması ilk növbədə hökumətin xeyrinədir.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Z. Oruc əvvəlki Milli Məclisin vaxtında bir iclasda bəzən 39 məsələnin qəbul edildiyini bildirib: “Mən keçmişin arxasinca danışmaq istəmirəm. Mənim xarakterimi bilirlər. Prezident də dediyi kimi, biz kəmiyyətə deyil, keyfiyyətə üstünlük verməliyik”.

Z. Oruc parlamentdə müzakirələrin açıq olacağına və hər kəsə bərabər şəraitin yaradılacağına əminliyini bildirib.

Deputat siyasi partiyalarla bağlı qanunvericiliyin dəyişməli olduğunu da diqqətə çatdırıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}