Vahid Əhmədov: "Rəqabət Məcəlləsinin qəbul edilməsinə qarşı olan məmurlar var"
Tarix: 17-03-2020 10:26 | Bölmə: Siyasət
Vahid Əhmədov: "Rəqabət Məcəlləsinin qəbul edilməsinə qarşı olan məmurlar var"

“Keçən sessiyada bizi arxayın etdilər ki, Rəqabət Məcəlləsinin üzərində iş gedi”.

Bunu Milli Məclisin İqtisadi, siyasət və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat Vahid Əhmədov deyib.

“Görünür ki, həmin məcəllənin qəbul olunmasına qarşı olan məmurlar var. Hesab edirəm ki, Rəqabət Məcəlləsi bu il komitənin iş planına salınmalı və Milli Məclisin plenar iclasına çıxarılmalıdır. Hesab edirəm ki, bu Məcəllənin qəbulu çox vacibdir” - deyə, deputat əlavə edib.

Deputat həmçinin həmkarı Əli Məsimli ilə birgə hazırladıqları “Təhsil kreditləri haqqında” qanunun da qəbul olunmasının vacibliyini vurğulayıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}