“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vaxtı yetişib” - Ceyms Uorlik
Tarix: 25-10-2016 16:14 | Bölmə: Siyasət


"ATƏT-in Minsk qrupu ATƏT-in missiyasının genişləndirilməsinə böyük əhəmiyyət verir və Azərbaycan və Ermənistan prezidentlərinin tezliklə görüşəcəyinə ümid edir”.

Reyting.az xəbər verir ki, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Yerevanda keçirdiyi brifinqdəbu sözləri deyib.

"Səfir Anjey Kaspşikin missiyasının genişləndirilməsinin əhəmiyyətinə inanırıq. Prezidentlər bu fikirlə razılaşıb", - deyə o bildirib.

Amerikalı həmsədrin sözlərinə görə, idealda ATƏT missiyası artıq genişləndirilməli idi, lakin detalları dəqiqləşdirmək lazımdır.

C.Uorlik həmçinin həmsədrlərin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hər an təşkil etməyə hazır olduqlarını vurğulayıb: "Prezidentlərin görüşünün konkret tarixi bəlli deyil. Prezidentlər razılığa gəlməlidirlər. Məsələnin sülh yolu ilə həllinin vaxtı yetişib. Əlimizdən gələni edəcəyik, amma qərarı ölkə başçıları verəcək". (Report)

 

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər