23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Firudin Cəlilov: “...Azərbaycan və Türkiyə arasında ortaq parlament də qurmaq olar”
Tarix: 25-05-2020 15:32 | Bölmə: Siyasət
Firudin Cəlilov: “...Azərbaycan və Türkiyə arasında ortaq parlament də qurmaq olar”

“Heç bir beynəlxalq qanun iki müstəqil ölkənin öz aralarında müxtəlif istiqamətlər üzrə saziş və müqavilələr imzalamasını qadağan etmir. Hərbi, təhlükəsizlik, elm və təhsil, əlifba birliyi, iqtisadiyyatda olan inteqrasiya həyata keçirilməlidir. Azərbaycan və Türkiyə respublikaları 30 ildir ki, bu istiqamətdə gecikir”.

Bu fikirləri sabiq təhsil naziri, professor Firudin Cəlilov Reyting.az-a mayın 31-də Azərbaycan Milli Məclisində müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”ə Əlavə Protokolun təsdiq edilməsi barədə qanun layihəsindən danışarkən deyib.

Sabiq nazir əlavə edib ki, inteqrasiya və daha dərin əməkdaşlıq hər iki dövlətin maraqlarına tam uyğundur:

“Mən deyərdim ki, zaman imkan tanıyanda hətta, Türkiyə ilə Azərbaycanın ortaq parlamentini də qurmaq olar. Gələcəkdə digər türk ölkələri də bu prosesə qoşula bilər. Əslində görüləsi işlər çoxdur”.

F. Cəlilovun fikrincə, bəzi istiqamətlər üzrə Azərbaycan və Türkiyə geridə qalıb. “Hətta ortaq pul vahidi haqqında da düşünmək olar”,- sabiq nazir əlavə edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}