Səfir Rusiya-Türkiyə münasibətlərinə zərbə vurmaq üçün qətlə yetirilib
Tarix: 20-12-2016 13:55 | Bölmə: Siyasət

Rusiyanın Ankaradakı səfiri Andrey Karlov qətlə yetirilib. Onun meyiti bu gün vətəninə göndəriləcək.

"RİA Novosti”nin verdiyi məlumata görə, bunu Rusiyanın Ankaradakı səfirliyinin mətbuat attaşesi İrina Kasımova deyib.

O bildirib ki, hava limanında keçiriləcək matəm mərasimində Türkiyə rəhbərliyi də iştirak edəcək. Mərasimə həmçinin diplomatik korpusun nümayəndələri qatılacaq.


İ.Kasımova qeyd edib ki, baş vermiş hadisə ilə əlaqədar Rusiyada istintaq qrupu yaradılıb və həmin qrupun üzvləri bu gün Ankarada olacaqlar.

Xatırladaq ki, ötən gün axşam Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən "Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Türkiyənin bu ölkədəki səfiri A.Karlov qətlə yetirilib. Hadisəni törədən şəxs polis əməkdaşı Mert Altıntaş olub. O, təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Rusiya prezidenti Vladimir Putin də hadisəyə münasibətini bildirib. "Ankaradakı səfirimiz Andrey Karlov alçaqcasına qətlə yetirilib",-deyən V.Putin bildirib ki, bu hadisəiki ölkəarasındakı münasibətlərin normallaşmasına və Suriyadakı sülh prosesinin pozulmasına yönələn təxribatdır. "Hansı ki, bu prosesi fəal şəkildə Rusiya, Türkiyə və İran həyata keçirir. Bu aksiyaya cavab ancaq bir şey ola bilər - beynəlxalq terrora qarşı mübarizə səylərinin gücləndirilməsi. Rusiya İstintaq Komitəsində artıq baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb",- deyə Rusiya prezidenti qeyd edib.

V.Putin Rusiya İstintaq Komitəsi nümayəndələrinin tez bir zamanda Ankaraya gedəcəklərini və türkiyəli həmkarları ilə birlikdə sui-qəsdin araşdırılmasına birgə iştirak edəcəklərini söyləyib: "Artıq bu barədə türkiyəli həmkarımla telefon danışığı zamanı razılıq əldə olunub. Biz bilməliyik ki, qatili ora kim göndərib".

Rusiya prezidenti mərhum səfirin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı göstəriş də verib.(APA)

ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova edilən silahlı hücumla bağlı suallara cavab verərkən bildirib ki, Kirbi sui-qəsdin arxasında Fətullahçı Terror Təşkilatı (FETÖ) ola bilməsi iləbağlı iddialara sərt reaksiya verib:

"İstintaq yekunlaşmadan əvvəl verilən qiymətləndirmənin heç kəsə faydası olmaz”.

"ABŞ və mühafizə etdiyi Gülənin hər hansı bir şəkildə bu hadisənin bir hissəsi olmasına dair iddialar haqqında naratasınızmı?” – sualına cavab verən Kirbi iddiaları eşitdiyini, lakin qiymətləndirmə aparmaq üçün çox tez olduğunu deyib :

"Hal-hazırda istintaq başlayıb. İstintaq yekunlaşmadan verilən qiymətləndirmənin heç kəsə faydası olmaz. Diqqətimizi cəmləşdirmək lazımdır. İstintaq yekunlaşanadək lazımsız yerə bu məsələyə işarə vurulmamalıdır”.

Ölkəsinin hər zaman Türkiyəni dəstəklədiyini deyən Kirbi ABŞ-ın bu sui-qəsddə əlinin ola bilməsi ilə bağlı iddiaları rədd edib.

Ankarada baş verən sui-qəsddən sonra yenidən gözlər rəsmi Moskva və Ankaraya yönəlib. Təyyarənin vurulmasından sonra iki ölkə arasında gərginlik hələ təzə-təzə aradan qalxdığı bir zamanda, baş verən hadisəyə ölkə başçılarının verəcəyi qərar maraqla gözlənilirdi.

Ancaq liderlərin hardasa eyni dəqiqələrdə iki ölkə arasındakı münasibətlərin pozulmayacağını bəyan etməsi yaranmış qorxunu az da olsa aradan qaldırdı.

Bəs dünyada bununla bağlı hansı analiz və şərhlər verilib?

"Times”da "Qatil səfiri öldürdükdən sonra "bu Hələb üçündür”,-deyə qışdırdı”,- başlığı ilə yer alan məqalədə bu cinayətin Putinlə Ərdoğan arasındakı münasibətləri yenidən pozacağı vurğulanıb:

"Sərgidə bir səfirin öldürülməsi İraqdakı vətəndaş müharibəsi, 1 milyon mühacirin Ağ dənizə köçməsi, Parisdəki qətliamla müqayisədə kiçik bir hadisə kimi görünə bilər. Ancaq bunun ciddi nəticələrinin olması gözlənilir. Əsrlərdir Qərbi Asiyada gücə sahib olmaq üçün vuruşan 3 böyük ölkə– Rusiya, Türkiyəvəİran rəsmiləri bugünkü görüşündə müəyyən razılıq əldə edə və Suriyanın açdığı yaraları sağalda bilərdi. Ancaq bu, həm dəABŞ-ın Yaxın Şərqdəki nüfuzunun dramatik bir şəkildə azalması deməkdir”.

Bu dəfə yaranın sağalmasının vaxt alacağını yazan qəzet daha sonra qatilin polis olmasının vəziyyəti daha da qəlizləşdirdiyini bildirib:

"Qatilin səsləndirdiyi şüar onun ya cihadçı, ya da Gülən hərəkatının üzvü olduğuna işarə edir. ABŞ-a olan güvənsizlik iki ölkə arasındakı çatların üstünü örtə bilər, ancaq bu, o qədər də uzun çəkməz. Çünki həm Putin, həm də Ərdoğan Yaxın Şərqə güc üçün girişib və birinin sünniləri, digərinin isə şiələri dəstəkləməsi yaraların sağalmasına mane olur”.

"Guardian”da isə məsələyə tam fərqli münasibət bildirilib. Qəzetin dünya xəbərlərinin redaktoru Julian Borger hazırladığı analizdəhəmkarlarından fərqli olaraq bu cinayətin Ankara iləMoskvanı daha da yaxınlaşdıracağını bildirib.

Yazıda o da qeyd olunub ki, hər iki ölkə yaşanmış hadisənin Qərbin onları yenidən düşmən etmək üçün hazırladığı bir hiylə olduğuna inanır.

İngiltərə mediasında yer alan başqa bir analizin sonluğunda qeyd olunur: "Türkiyə bir müddətdir ki, çox radikal yöndə irəliləyir və dünyanın ən çox jurnalist həbs edən ölkəsi halına gəlib. Son yaşanan hadisələr radikallığı bir az da artıracaq, qeyri-sabitlik sürətlənəcək, NATO-nu narahat edəcək və ən əsası Türkiyə ilə Avropa İttifaqı arasındakı uçurumu daha da artıracaq”.

Ankarada yaşanan hadisə alman mediasında da böyük müzakirələrə səbəb olub. "Spiegel Online” sui-qəsdin yay aylarından bəri düzəlməyə başlayan Türkiyə və Rusiya arasındakı münasibətləri korlaya biləcəyini yazıb.

Məqalədəson bir ayda Rusiya vəİran səfirliklərinin qarşısında xeyli sayda aksiyaların keçirildiyi dəvurğulanıb.

"Landeszeitung” qəzetində hadisəyə şərh verilən zaman əsas olaraq bu fikirlər qabardılıb:

"Hadisə Rusiya və Türkiyə arasındakı münasibətləri çətinliyə salmağı məqsədləyib. Tarixdə bu kimi sui-qəsdlərin müharibələrə səbəb olduğunu az görməmişik. Türkiyə NATO üzvüdür və Rusiya Qərb bloku tərəfindən getdikcə sıxışdırıldığına inanır. Hadisənin içərisindəki bütün ölkə başçıları gərginliyi azaltmağa çalışmalıdır”.

Son olaraq alman mediasında Türkiyədə təhlükəsizlik tədbirlərinin getdikcə kontrol edilə bilmədiyi vurğulanıb. Qəzetlər onu da yazır ki, Ərdoğan hər dəfəintiqam alacağını xüsusi qeyd etsə də, bir səfiri beləqorumaq iqtidarında deyil.(Qafqazinfo)

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu öldürən Çevik Polis Alayının zabiti Mövlud Mərd Altındaşla bağlı yeni məlumatlar ortaya çıxıb.

Məlumata görə, o, qatil hadisə baş verən gün işə getməyib.

Altındaş hücumun baş verdiyi Müasir Sənətlər Mərkəzinə bitişik bir oteldə otaq sifariş edib. Onun sui-qəsd planını otel otağında hazırladığı təxmin edilir.

Altındaş axşam saatlarında qaldığı otaqda hücuma hazırlaşıb. Öncəüzünü taraş edib, kostyumunu geyinib və Çağdaş Sənətlər Mərkəzinə gedib.

Ankarada Çeviş Polis Alayının zabiti olan Altındaş vəsiqəsini göstərərək içəri daxil olub. Səfir çıxış edən zaman onun arxasında bir müddət gözləyib və sonra atəş açaraq öz çirkin planını gerçəkləşdirib.(Axar.az)

Reyting.az





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər