Tarix: 09-01-2017 13:19 | Bölmə: Siyasət
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.
Partiyadan Reyting.az-a verilən məlumata görə, iclasda ictimai-siyasi vəziyyət, 2017-ci il üçün fəaliyyət programının təsdiqlənməsi və təşkilati məsələlər müzakirə olunub.
ALDP sədri 2017-ci ilin başlanması münasibətilə toplantı iştrakçılarını təbrik edib və işlərində uğurlar arzulayıb:
"Bu il iqtisadi, siyasi və sosial vəziyyətin ağırlanmasına baxmayaraq hamımıza uğurlar arzulayıram. Hakimiyyət iqtisadi və sosial problemləri həll etmək fikrində deyil. Artıq referendumdan sonra hakimiyyətdaxili çəkişmələr daha da problemlərlə üz-üzə qoyublar. Qiymətlərin sürətlə qalxması, manatın davamlı devalvasiyası, maaşların vətəqaüdlərin az olması heç də yaxşılığa qətirib çıxarmayacağ. Hesab edirəm ki, bu il işsizlərin sayı daha da çoxalacaq. Ona görəbizim əsas məqsədimiz təşkilatlanmaq və öz fəaliyyətimizi davam etdirməkdir. Biz ədalətsizliklə mübarizəyə və xalqla bir yerdə olmağa hazır olmalıyıq"
Daha sonra bəzi təşkilati məsələlərə baxılıb və 2017-ci il fəaliyyət proqramı təsdiq edilib.
Bölməyə aid digər xəbərlər