Müxalifətçilər AŞPA-nın həmməruzəçiləri ilə görüşüb
Tarix: 14-01-2017 12:11 | Bölmə: Siyasət

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan, AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı Arif Hacılı, REAL təşkilatının sədr müavini Natiq Cəfərov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Müşahidə Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Ştefan Şennakın və Sezar Florin Predanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Reyting.az-ın məlumatına görə, görüşdə Azərbaycanda demokratiyanın acınaqlı vəziyyəti, söz azadlığının boğulması, siyasi dustaqlar problemi və mövcud gərgin siyasi qarşıdurma vəziyyətindən çıxış yolları müzakirə olunub.

ALP sədri Əvəz Temirxan təklif edib ki, Azərbaycanda mövcud olan indiki siyasi gərgin vəziyyətdən demokratik islahatlara və sabitliyə dinc keçid üçün Azərbaycan müxalifətinin, iqtidarının, bütün siyasi qüvvələrin və AŞPA nümayəndələrinin iştirakı ilə Dəyirmi Masa keçirilsin, birlikdə "Yol Xəritəsi” tərtib edilsin və həmin razılaşmalara əsasən ölkədə köklü demokratik siyasi isalahatların aparılması təmin edilsin.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}