Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
Sülh savaşı - Zahid Oruc yazır
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
On yeddi mindən çox müəllimin maaşı artacaq
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
Anar Əsədlidən 4 şikayətçi var
Vəkil Zabil Qəhrəmanov həbs olunub
Tarix: 16-01-2017 15:07 | Bölmə: Siyasət
Azərbaycan
Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev partiyanın Sədr
Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət, 20 Yanvar faciəsinin
növbəti ildönümünün yad edilməsi və təşkilati məsələlər müzakirə olunub.
Partiyadan Reyting.az-a verilən məlumata görə, toplantıda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükütla yad ediləndən sonra çıxış edənlər qeyd ediblər ki, bu faciənin törədilməsində birbaşa məsuliyyəti SSRİ rəhbəri Qorbaçov daşıyır. Belə ki, yanvarın 19-dan 20-nə keçən gecə SSRİ-nin ilk prezidenti Mixail Qorbaçovun əmri ilə sovet ordusunun Ryazan və Tuladakı desant, Krasnodar, Stavropol və Rostob vilayətlərində yerləşən motoatıcı diviziya qüvvələri Bakıya daxil olub. "Zərbə” kodu altında keşirilən əməliyyatda ağır hərbi texnikayla yanaşı, minlərlə əsgər və zabit iştrak edib. Bir gecədə 170 günahsız sakin qətlə yetirilib, 400 nəfər yaralanıb, onlarla itkin düşənlər qeydə alınıb. Qanlı 20 Yanvar faciəsinin əsas səbəbkar olan M.Qorbaçov məsuliyyəti öz üzərindən atmaq üçün ordunun Bakıya yeridlməsini 1990-ci il 13-15 yanvarda Bakıda ermənlərə münasibətlə əlaqələndirib. Əməliyyatda "Alfa”, "Vimpel” və "Vityaz” kimi xüsusi yəyinatlı dəstələrin iştrakı əsas məqsəddən xəbər verirdi – azərbaycanlıların azadlıq uğrunda mübarizəsini yatırtmaq.
Qeyd edilib ki, bu faciəni həyata keçirmək Kremlin planı olub. Qorbaçovun ermənipərəst ətrafı – Şahnazaryan, Sitaryan, Ambarsumyanlar kimi yüzlərlə erməni yaltağının xüsusi fəallığı ilə bu faciə baş verib.
ALDP sədri Fuad Əliyev deyib ki, hər bir azərbaycanlı getdiyi xarici məkanda Azərbaycanın başına gətirilən faciələrdən danışmalıdır. "Bu da bir həqiqətdir ki, faciələrimiz dünyanın ayrı-ayrı ölkələrində qeyd olunmaqla xalqımıza qarşı keçmiş SSRİ rəhbərliyinin, işğalçı Ermənistanın irtıcaçı mövqeyi ifşa olunur. Mənə elə gəlir ki, bu istiqamətdə bütün gücümüz səfərbər olunmalıdır. Avropa ilə əməkdaşlıq edən yerli QHT-lər, diaspor təşkilatlarımz, imkanlı azərbaycanlılar Azərbaycan xalqının başına gətirilən faciələrimizin dünyada tanıdılmasında yaxından köməklik göstərməlidirlər”.
F.Əliyev faciələrimizin dünya dövlətlərinin ali qanunverici organları tərəfindən tanıdılmasının mürəkkəb məsələ olduğunu desə də, təbliğat aparmaqla ən azından həmin cəmiyyətlərin şüurunda dəyişikliyə nail olunmasının mümkünlüyünü bildirib.
Bölməyə aid digər xəbərlər














ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki