16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Tural Gəncəliyev: "Soyqırımdan danışan erməni tərəfi qeyri-səmimidir"
Tarix: 18-09-2020 15:16 | Bölmə: Siyasət
Tural Gəncəliyev: "Soyqırımdan danışan erməni tərəfi qeyri-səmimidir"

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev Ermənistan parlamentində müzakirə olunan “Soyqırım məsələləri haqqında” qanun layihəsinə münasibət bildirib.

T.Gəncəliyev bununla bağlı 1988-ci il sentyabrın 18-də Xankəndi şəhərində azərbaycanlılara qarşı ermənilərin kütləvi terror hərəkətlərinə həsr olunan mətbuat konfransında çıxış edib.

Onun sözlərinə görə, qeyd olunan qanun layihəsi tamamilə dünya ictimaiyyətini aldatmağa, çaşdırmağa yönəlib: "Ermənistan son zamanlar Azərbaycana qarşı hərbi təcavüzünü gizlətmək üçün bu cür aldadıcı və fikiryayındırıcı addımlar atır. Ermənistan parlamenti bu qanun layihəsi ilə qondarma soyqırımı məsələlərini tez-tez gündəmə gətirir. Amma Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədən tərəf kimi onların bu qanun layihəsini gündəmə gətirməsi gülüncdür”.

İcma sədri deyib ki, Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Serj Sarqsyan bilavasitə Xocalıda soyqırımı törətmiş, əlləri qana batmış şəxslərdir: “Düşünürəm ki, Ermənistan parlamenti qanun layihəsi qəbul etmək əvəzinə, Sarqsyan və Koçaryanın soyqırımı cinayətlərində iştirakını mühakimə etsinlər. Onlar bu zaman səmimi görünə bilərlər. Yoxsa soyqırımdan danışan erməni tərəfinin fikirləri qeyri-səmimi görünür”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}