“Navalnıdan Putindən sonrakı hakimiyyət üçün istifadə olunur” - Sabiq nazir
Tarix: 18-01-2021 16:49 | Bölmə: Siyasət
“Navalnıdan Putindən sonrakı hakimiyyət üçün istifadə olunur”

“Aleksey Navalnıdan kimlərinsə istifadə etdiyi bəllidir. Onun arxasında duran qüvvələr var. Bu qüvvələrin bəzilərinin xaricdə, bəzilərinin daxildə olduğu ehtimalları irəli sürülür. Belə iddialar var ki, Rusiyada hakimiyyətdə olan bəzi dairələr artıq Putindən sonrakı hakimiyyət uğrunda bir-birilə mübarizə aparırlar. Burada da Navalnıdən bir siyasi element kimi istifadə edə bilərlər”.

Bu fikirləri Reyting.az-a Azərbaycanın keçmiş Xarici işlər naziri Tofiq Zülfüqarov Rusiyada müxalifətçi Aleksey Navalnı ətrafında baş verən olayları şərh edərkən deyib.

Tofiq Zülfüqarov əlavə edib ki, kimlərsə ciddi şəkildə Navalnını zəhərləmək niyyətində olsaydı bunu edər və onu öldürərdilər: “Amma biz görürük ki, Navalnı həm zəhərləndi, həm sağ qaldı, həm də bir neçə aydan sonra Moskvaya qayıtdı. Yəni ondan siyasi element kimi istifadə davam edir. Həm Rusiya, həm də digər yerlərdə onun siyasi davranışına şübhələr var. Bəzən onun daxildə olan məlumatları əldə etməsi göstərir ki, onun havadarları var və onlar hətta Rusiyada hakimiyyətə yaxın olan dairələr ola bilər. Baxaq, görək nə baş verir. Amma hər halda bu, Putinə sınaq kimi yaradılan vəziyyətdir”.


T. Zülfüqarov

Zülfüqarovun fikrincə, əslində çox maraqlı hadisələr baş verir: “İndiki mərhələdə bizim bu və ya digər məsələlərə münasibətimiz rasional olmalıdır. Yəni bizim xeyrimizə nə varsa onu etməliyik. Məsələn, hesab edirəm ki, biz bəzi məsələləri həll etmədik. Qazax rayonunun bir neçə kəndinə nəzarəti bərpa etməmişik. Digər məsələlər də var. Bu məsələdə biz öz maraqlarımıza uyğun olaraq bölgədə maraqlı olan oyunçuların hamısından istifadə etməliyik. Əsas məqsədlər də yaddan çıxmamalıdır”.

Sabiq nazirin sözlərinə görə, indi Rusiyada baş verən proseslər göstərir ki, Rusiyanın bir dövlət kimi siyasi mühiti zəifləyib: “Bu faktora da diqqət etməliyik. Həm də əlimizin altında olan imkanlardan istifadə etməliyik. Harada nəyin baş verməsindən asılı olmayaraq bizim üçün öz maraqlarımız əsasdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}