“Belə bir müharibəyə hazır olmalıyıq” - Sülhəddin Əkbər
Tarix: 07-07-2017 18:48 | Bölmə: Siyasət

"Azərbaycan Ermənistanla müharibəyə qərar versə, Rusiya ilə müharibəni göz önünə almalıdır”.

Reyting.az xəbər verir ki, bu sözləri Moderator.az-a AZDP sədri, politoloq Sülhəddin Əkbər deyib. Onun sözlərinə görə, Rusiyanın "böyük düşmən” olduğunu əsla unutmamalıyıq:

"Ermənistanın Rusiya ilə müttəfiq olduğu, KTMT-ə üzv olduğu, Ermənistanın Rusiya ilə ordularını birləşdirdiyini nəzərə almaq lazımdır. Ölkəmizdə elə nadan insanlar var ki, onların fikrincə,Rusiya ilədil tapıb Dağlıq Qarabağ məsələsini həll etmək mümkündür.

Ermənistan kiçik düşməndir. Böyük düşmən Rusiyadır. Böyük düşmənlə necə dil tapa bilərsən? Bunun yolu ancaq təslim olmaqdır”.

S.Əkbər bildirib ki, Azərbaycan Ermənistanla müharibə haqqında yalnız o zaman düşünə bilər ki, Rusiya çöksün və Cənubi Qafqazdan çəkilmək zorunda qalsın: "Bu zaman Azərbaycanın çox qısa zamanı olacaq. Bu boşluğu ABŞ, Avropa Birliyi doldurmağa çalışacaq. Azərbaycan bu boşluq doldurulana qədər Ermənistanla ildırımsürətli müharibə apara bilər. Belə bir müharibəyə hazır olmalıyıq”.
 




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər