12:56 / 15-10-2024
Sabah yağış yağacaq
12:47 / 15-10-2024
Əhalinin sayı açıqlanıb
Erməni hüquq müdafiəçisi Azərbaycan prezidentindən kömək istəyir – Müraciət
Tarix: 14-08-2017 16:09 | Bölmə: Siyasət

Erməni hüquq müdafiəçisi Azərbaycan prezidentindən kömək istəyir

Erməni hüquq müdafiəçisi, siyasi mühacir, hazırda İsveçdə yaşayan Vahe Avetyan Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək kömək istəyib.

Avetyan Azərbaycan prezidentindən xahiş edir ki, onun azyaşlı qızının erməni xüsusi xidmət orqanları tərəfindən qanunsuz şəkildə Ermənistana aparılmasının qarşısını almağa kömək etsin.

"Mən, Azərbaycan prezidenti İlham Əliyevə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana, Azərbaycanın İsveçdəki səfirliyinə, beynəlxalq təşkilatlara müraciət etmişəm ki, mənə kömək etsinlər, imkan verməsinlər ki, erməni xüsusi xidmət orqanları mənim azyaşlı qızımı qanunsuz şəkildə Ermənistana aparsın”, - V.Avetyan "İnterfaks-Azərbaycan”a deyib.

Erməni hüquq müdafiəçisinin sözlərinə görə, o, keçmiş arvadı ilə birlikdə İsveçdə yaşayır və müəyyən vaxtda qızına baş çəkməyə icazəsi var. 2013-cü ildə Avetyanın keçmiş arvadı erməni xüsusi xidmət orqanları ilə əlbir olaraq onun azyaşlı qızını Ermənistana aparıb. Avetyan qızının dalınca Ermənistana getməli olub və orada həbs edilib, bir müddət həbsxanada qalıb. Həmin vaxt Avetyan çətinliklə də olsa qızını İsveçə qaytara bilib. İndi analoji vəziyyət təkrarlanır, Avetyan hesab edir ki, Serj Sərkisyanın rejimi onu müəyyən təhlükə kimi görür. Onun bildirdiyinə görə, bir müddət əvvəl Ermənistan xüsusi xidmət orqanlarının nümayəndələri yenidən İsveçdə peyda olub, orada onun keçmiş arvadı ilə görüşüb. Avetyan iddia edir ki, erməni xüsusi xidmət orqanları İsveçin dövlət strukturlarının nümayəndələrini ələ alaraq onun qızını Ermənistana aparmağa çalışır.

"Noyabrda məhkəmə olacaq ki, uşaq hansı valideyinlə qalmalıdır. Proses yəqin ki, mənim xeyrimə nəticələnəcək və görünür buna görə Ermənistan hakimiyyəti qızımı oğurlamağa çalışır. Qızımı Ermənistana aparmaq cəhdi məni şantaj etmək üçün misli görünməmiş addımdır. Şantajın mahiyyəti odur ki, məni Ermənistanın indiki rəhbərliyini tənqid etməkdən daşındırsınlar, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair fikirlərimin qarşısını alsınlar”,- deyə Avetyan bildirib.

Xatırladaq ki, Avetyan Ermənistan-Azərbaycn Sülh Platformasına qoşulanlardan biridir. O, Bakıda olub və Xocalı soyqırımına görə Azərbaycandan üzr istəyib, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}